İran Dövlət Televiziyasının keçmiş rəhbəri qalmaqallı bəyanatında Donald Trampın Türkiyəyə səfərinə toxunaraq, Xarici İşlər Nazirliyindən Türkiyə səfirini çağırmağı tələb edib.
O vurğulayıb ki, İran qonşuları ilə münasibətləri qorumaq xatirinə, Trampın əlçatan olmasına baxmayaraq, ona sui-qəsd təşkil etməyib.
Bizim.Media xəbər verir ki, İzzətullah Zərğami "X" sosial şəbəkəsində belə yazıb:
“Dostluq və xoş qonşuluq münasibətlərini qorumaq xatirinə Trampa Türkiyədə sui-qəsd etmədik. Türkiyə səfirini çağırın və ona xəbərdarlıq edin; o dəli Tramp oradan İrana hücum əmri verir. Diplomatiya dilində dünyaya başa salın ki, mərhum liderimizin qatili qisas üçün əlçatan idi. Qonşularla dostluq və xoş qonşuluq hisslərini qorumaq xatirinə ona toxunmadıq".

Bizim.Media