Suriya Prezidenti Əhməd əl-Şaraa 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Türkiyəyə rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Əhməd əl-Şaraanın bir sıra mühüm görüşlər keçirəcəyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əməkdaşlıq sazişləri imzalayacağı planlaşdırılır.
Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın da NATO sammiti çərçivəsində Əhməd əl-Şaraa ilə ikitərəfli görüşü nəzərdə tutulub.
Səfərin əsas məqsədlərindən biri kimi, Suriya liderinin beynəlxalq mövqeyinin gücləndirilməsi və regional təhlükəsizlik, terrorizmlə mübarizə, eləcə də Suriyanın yenidən qurulması prosesinin müzakirəsi göstərilir.
Bizim.Media