Prezident Rəcəb Tayyib Ərdoğan NATO Ankara Zirvəsi çərçivəsində Türkiyəyə rəsmi səfər edən ABŞ Prezidenti Donald Trampı Prezident iqamətgahında rəsmi mərasimlə qarşılayıb.
Bizim.Media xəbər verir ki, qarşılanma mərasimi zamanı ABŞ-ın dövlət himni səslənərkən Donald Tramp hərbi salam verib, Türkiyənin Dövlət Himni, İstiqlal Marşı zamanı isə rəsmi qaydada hazır vəziyyətdə dayanıb.
Tramp qarşılanma mərasimi zamanı fəxri qarovul dəstəsini türkcə "Merhaba asker" deyərək salamlayıb.




Bizim.Media