Xamenei ilə vida mərasimində təhlükəsizlik necə təmin edilir? – FOTO

İran hakimiyyəti Ali dini lider Əli Xamenei ilə vida mərasimində iştirak etmək istəyənlərin sayının çox olacağını nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib və paytaxtın nəqliyyat sistemində dəyişikliklər edib.

Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, mərasimlər başa çatanadək Tehranda metro və sürətli avtobus xətləri fasiləsiz fəaliyyət göstərəcək.

İzdihamın qarşısını almaq məqsədilə Müsəlla dini kompleksinə yaxın yerləşən Şəhid Beheşti və Mirzə Şirazi metro stansiyaları müvəqqəti bağlanacaq. Digər metro stansiyalarından isə ziyarətçilər üçün Müsəllaya pulsuz nəqliyyat təşkil olunacaq.

Vida yürüşünün keçiriləcəyi Dəməvənd küçəsindən Azadi meydanına qədər uzanan marşrut üzrə bir sıra yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Ətraf ərazilərdə SEPAH və İran ordusunun hərbçiləri növbə çəkirlər.
 

İran polisinin rəisi Əhməd Rza Radan bildirib ki, Tehran, Qum və Məşhəddə keçiriləcək mərasimlərin təhlükəsizliyini təmin etmək üçün 65 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.


Fövqəladə hallara operativ müdaxilə məqsədilə Tehran təcili tibbi yardım xidməti 1 500 həkim, 317 təcili yardım avtomobili, 300 motosiklet və 6 helikopter səfərbər edib. Bundan əlavə, 6 səhra hospitalı qurulacaq.

İranın Qızıl Aypara Cəmiyyəti də mərasim iştirakçılarına tibbi yardım göstərmək və onların yerləşdirilməsini təşkil etmək üçün 67 mindən çox əməkdaş və könüllünü səfərbər edib.

Bundan əvvəl İran hakimiyyəti Xameneinin dəfni ilə əlaqədar Tehranın hava məkanının müvəqqəti bağlanacağını və bütün mülki aviareyslərin dayandırılacağını açıqlamışdı.

Xatırladaq ki, Əli Xamenei ilə vida mərasimi iyulun 4-də Tehranda başlayıb. Onun cənazəsi iyulun 5-dək Müsəlla dini kompleksində saxlanılacaq. İyulun 6-da Tehranda matəm yürüşü keçiriləcək, daha sonra cənazə İranın əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq.

Xameneinin dəfninin iyulun 9-da doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib

Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib

Tramp: “Kanada dövlət deyil”

Tramp: “Kanada dövlət deyil”

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

2027 tarixdə ən isti il olacaq - Alimlərdən xəbərdarlıq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sabah 9 rayonun bəzi ərazilərində işıq olmayacaq

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

Sudan lideri Azərbaycana gəlmək istəyir – Səfirimizlə mühüm görüşün detalları - FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

"Sabah" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı – FOTO

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri LƏĞV EDİLDİ

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Türkiyədə ard-arda ZƏLZƏLƏ OLDU

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Abbas Əraqçi qətərli həmkarı ilə regionu müzakirə etdi

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

Katsdan Əhməd Əş-Şaaraya xəbərdarlıq: “Sarayınızdan baxanda bizi görəcəksiniz

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

Maliyyə şansı yüksələcək 3 BÜRC

Maliyyə şansı yüksələcək 3 BÜRC

Elşad Xose hər şeyi "sildi" – FOTO

Elşad Xose hər şeyi "sildi" – FOTO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

Salyanda avtomobillərin toqquşması ölümlə nəticələndi - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

İsraildə "Qafqaz mafiyası"nın liderini öldürənlər tutuldu - VİDEO

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Dənizdə batmaqda olan bir nəfəri xilas edildi

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

End of content

No more pages to load

RADİO