İranın Kirman vilayətinin Ənbərabad şəhərində məktəbdə yoxlama zamanı Təhsil İdarəsinin əməkdaşının müəllimə şagirdlərinin gözü qarşısında şillə vurduğu bildirilir.
Bizim.Media xəbər verir ki, yerli KİV-in məlumatına görə, hadisə nəticəsində müəllimin qulaq pərdəsi zədələnib.
Hadisə müəllimin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilərək ictimai narazılığa səbəb olub.
Görüntülərin yayılmasından sonra məktəbin direktoru və direktor müavininin vəzifədən uzaqlaşdırıldığı iddia edilir.
İran Təhsil Nazirliyi isə hadisənin "şəxsi mübahisə" zəminində baş verdiyini bildirərək, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına və intizam komissiyasına göndərildiyini açıqlayıb.
Bizim.Media