Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400 sistemini SATACAQ?

ABŞ Konqresinə yaxın hərbi-siyasi mənbələrin və xarici analitik mərkəzlərin yaydığı məlumatlara görə, Ağ Ev və Ankara arasında Türkiyənin F-35 proqramına qayıtmasını təmin edəcək yeni bir gizli diplomatik mexanizm formalaşdırılır.

Bizim.Media xəbər verir ki, "Cənubi Koreya ssenarisi" adı verilən bu plan, həm ABŞ qanunvericiliyinin sərt tələblərini yerinə yetirməyə, həm də Rusiyanın birbaşa reaksiyasından qaçmağa imkan verən yeganə çıxış yolu kimi qiymətləndirilir.

ABŞ-ın "CAATSA" (Sanksiyalar vasitəsilə Amerikanın Rəqiblərinə Qarşı Mübarizə Aktı) və Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) qəti şəkildə tələb edir ki, Türkiyə F-35 qırıcılarını almaq üçün S-400 sistemlərinə sahibliyini tamamilə və yoxlanıla bilən şəkildə dayandırmalıdır. Digər tərəfdən, Rusiya ilə imzalanan müqavilədəki "son istifadəçi sertifikatı" Türkiyənin bu sistemləri Moskvadan icazəsiz başqasına ötürməsini qadağan edir. Ekspertlərin fikrincə, sistemlərin Cənubi Koreyaya satılması və ya "analiz məqsədilə" ötürülməsi hər iki tərəf üçün hüquqi bir örtük yarada bilər.

Hərbi analitiklər Seul variantının masaya gəlməsini iki mühüm amillə əsaslandırırlar:

Cənubi Koreya özünün yerli HHM sistemlərini (M-SAM) vaxtilə Rusiyanın "Almaz-Antey" şirkəti ilə ortaq layihə çərçivəsində, S-400 texnologiyalarına bənzər infrastruktur üzərində qurub. Bu səbəbdən Seul üçün S-400 yad sistem deyil və onun texniki auditi Rusiya ilə münasibətləri tamamilə qoparmadan həyata keçirilə bilər.

Cənubi Koreya bu sistemləri Şimali Koreyanın raket təhdidlərinə qarşı radar və izləmə qabiliyyətlərini sınaqdan keçirmək məqsədilə aldığını bəyan edərək, beynəlxalq arenada legitimlik qazana bilər.

Daha əvvəl S-400-lərin Türkiyə daxilində saxlanılaraq ABŞ ordusunun nəzarətinə verilməsi (İncirlik bazası ssenarisi) müzakirə olunsa da, Ankara bunun suverenlik prinsiplərinə zidd olduğunu bildirərək imtina edib. Sistemlərin Pakistan və ya Hindistan kimi ölkələrə satılması isə Vaşinqton tərəfindən regiondakı hərbi balansı pozacağı qorxusu ilə bloklanıb.

Bu mənada, ABŞ-ın tam müttəfiqi olan Cənubi Koreya ən təhlükəsiz "neytral zona" hesab olunur. 

Tramp administrasiyasının gələn ay keçiriləcək NATO sammiti öncəsi Türkiyə ilə münasibətlərdə sıçrayış etmək istədiyi vurğulanır. 700 milyon dollarlıq "KAAN" mühərriki müqaviləsinin ardınca, F-35 böhranının "Cənubi Koreya düsturu" ilə həll edilməsi, Ankaranın yenidən Qərb hərbi blokuna tam inteqrasiyasını təmin edə bilər. Lakin Konqresdəki bəzi senatorların bu planı "qanundan yan keçmə cəhdi" kimi qiymətləndirərək bloklamağa hazırlaşdıqları da gələn xəbərlər arasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Qərar verildi: Təhsil sahəsində YENİ TƏYİNAT - FOTO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Türkiyəli aktyor Bakıdakı film təqdimatında xanımını tək qoymadı – FOTO-VİDEO

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xaçmazda 28 yaşlı kişi quduzluqdan VƏFAT ETDİ

Xaçmazda 28 yaşlı kişi quduzluqdan VƏFAT ETDİ

Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi

Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi

“44” bədii filmi ilə bağlı mətbuat konfransı KEÇİRİLDİ – FOTO

“44” bədii filmi ilə bağlı mətbuat konfransı KEÇİRİLDİ – FOTO

Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar AÇIQLANDI

Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar AÇIQLANDI

Çempionlar Liqasında II tura 9 oyunla start veriləcək

Çempionlar Liqasında II tura 9 oyunla start veriləcək

“Bitcoin”in qiyməti 83,2 min dollara endi

“Bitcoin”in qiyməti 83,2 min dollara endi

Bakının bu küçəsində qaz olmayacaq

Bakının bu küçəsində qaz olmayacaq

65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı

65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı

Aeroport şosesində qəza: Sıxlıq yaranıb – FOTO/VİDEO

Aeroport şosesində qəza: Sıxlıq yaranıb – FOTO/VİDEO

Rusiya-Ukrayna “ENERGETİKA BARIŞIĞI”: Sülhə aparan addım, yoxsa müharibənin yeni mərhələsi?

Rusiya-Ukrayna “ENERGETİKA BARIŞIĞI”: Sülhə aparan addım, yoxsa müharibənin yeni mərhələsi?

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ - RƏSMİ

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ - RƏSMİ

“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”

“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”

Çempionlar Liqası: "Sabah" "Slaviya Praqa"nı qəbul edir

Çempionlar Liqası: "Sabah" "Slaviya Praqa"nı qəbul edir

Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

Azərbaycanın bu ərazisində Bakı kimi şəhər salına bilər – İLGİNC

Boşandığı xanımının toyunda aparıcı oldu - FOTO

Boşandığı xanımının toyunda aparıcı oldu - FOTO

Bu ölkədə 6,4 bal gücündə zəlzələ oldu

Bu ölkədə 6,4 bal gücündə zəlzələ oldu

“44” bədii filmi ictimaiyyətə təqdim olundu – FOTO

“44” bədii filmi ictimaiyyətə təqdim olundu – FOTO

Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər

Tramp: Putin və Zelenski razılaşmaq istəyir, lakin bunu necə edəcəklərini bilmirlər

End of content

No more pages to load

RADİO