Ukrayna dronlarının hücumlarından sonra ciddi ziyan dəymiş Moskva Neft Emalı Zavodunun (NEZ) fəaliyyəti ən azı altı ay müddətinə dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi öz etibarlı mənbələrinə istinadən yayıb.
Agentliyin məlumatına görə, Kapotnyada yerləşən zavodun uzunmüddətli dayanması regionda yanacaq qıtlığını daha da kəskinləşdirə bilər. Çünki sözügedən müəssisə Moskva vilayətinin və paytaxtın yanacaqla təminatında ən böyük strateji tədarükçü hesab olunur.
Bizim.Media