Avropa İttifaqı (Aİ) Türkiyə ilə sərhəddə yerləşən buraxılış məntəqələrinə aparan yolların tikintisi zamanı Ermənistana məsləhət xidmətləri göstərmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan açıqlayıb.
Layihənin ilkin mərhələsində Avropa İnvestisiya Bankı Ermənistan tərəfinə məsləhət dəstəyi təmin edəcək. Bankın mütəxəssisləri infrastruktur layihələrinin icrası üçün zəruri olan tədqiqatların həcmini müəyyənləşdirməyə, həmçinin müvafiq texniki həllərin hazırlanmasına köməklik göstərəcəklər.
Bizim.Media