Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasının iclasında hakim partiyanın nümayəndələri ilə müxalifətçilər arasında kütləvi dava düşüb.
Bizim.Media xəbər verir ki, insident zamanı "Ana Ermənistan" blokunun üzvü Sarkis Ter-Esayan ciddi xəsarət alıb və onun gözü partladılıb.
Zərərçəkən deputat Ter-Esayan hadisədən sonra verdiyi açıqlamada davanın qeyri-bərabər şəraitdə keçdiyini bildirib.
Onun sözlərinə görə, dava başlayan an salonda cəmi üç müxalifətçi olub, hakim fraksiyanın təmsilçiləri isə onlardan dəfələrlə çox olub və çoxluqdan istifadə edərək müxalifət nümayəndələrinə fiziki təzyiq göstəriblər.
Qeyd edək ki, İrəvan meriyasında fərqli siyasi qüvvələr arasında gərginlik və bu cür fiziki qarşıdurmalar mütəmadi xarakter almağa başlayıb.
Bizim.Media