Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Qldani rayonunda toyuq yumurtası və ondan daha böyük ölçüdə dolu yağıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Qruzya Online" portalı yayıb.
Sakinlərin verdiyi məlumata görə, güclü dolu xüsusilə açıq havada qalan minik avtomobillərinə ciddi ziyan vurub, nəqliyyat vasitələrinin şüşələri sınıb və gövdələri əzilib.
Gürcüstanın Milli Ətraf Mühit Agentliyindən verilən xəbərdarlıqda bildirilir ki, iyunun 22-nə qədər ölkə ərazisinin böyük hissəsində qeyri-sabit və əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənilir.
Bizim.Media