Tehran bölgədə müharibə və gərginliyə son qoymaq üçün layiqli bir çərçivəyə nail olmağa hazırdır.
Bizim.Media xəbər verir ki, bu açıqlamanı Qətər əmiri ilə söhbətində İran Prezidenti Məsud Pezeşkian verib.
Onun sözlərinə görə, sabitliyə doğru aydın bir yol təmin etmək məqsədilə əsas sənəd və mətnlərin yekunlaşdırılması istiqamətində ciddi və ekspert səviyyəsində səylər göstərilir.
"İran dialoq yoluna sadiqliyini və səmimiyyətini sübut edib, indi isə qarşı tərəfin də öz iradəsini və beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirmək vaxtıdır", — deyə o qeyd edib.
Bizim.Media