"83 yaşım var, ilk dəfədir, belə dolu görürəm".
Bizim.Media xəbər verir ki, bu sözləri “globalinfo.az”a ekoloq alim Telman Zeynalov Bakıya şiddətli dolu düşməsi ilə bağlı danışarkən deyib.
O, sözügedən halın normal olmadığını qeyd edib:
"Belə hava yalnız Azərbaycanda deyil, az qala, bütün Rusiyada da müşahidə edilir. İqlim dəyişir, külək isə şimal tərəfdən əsir. Ona görə də Azərbaycan, Rusiya və digər ölkələrə bu dərəcədə iri dolu düşür. Fikir verdinizsə, dənələr çox iri idi".
Ekoloq tezliklə havaların isinəcəyini qeyd edib:
"May ayında ilk dəfədir, belə hava görürəm. Daha əvvəl də dolu düşüb, amma beləsi olmamışdı".
Bizim.Media