Zəngilan rayonunun dağlıq ərazisində sərhədçilər tərəfindən köməksiz vəziyyətdə aşkarlanmış cüyür balası təhlükəsiz şəraitdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşına təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar edilib.
Baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.
Bizim.Media