"Milan"ın futbolçusu Rafael Leau karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Qalatasaray" portuqaliyalı vingeri transfer etmək istəyir.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Türkiyə çempionu Leauya illik 10 milyon avro maaş təklif edib. 26 yaşlı oyunçu ilə "Fənərbaxça" da maraqlanır. İtaliya klubu futbolçusunu 40-50 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Rafael Leau başa çatan mövsümdə "Milan"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya millisinin üzvünün klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
Bizim.Media