İran Hörmüz boğazı ilə bağlı əvvəlki qərarından geri çəkilməyəcək.
Bizim.Media xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Əli Nikzad bildirib.
“Biz Hörmüz boğazını əvvəlki vəziyyətinə qaytarmayacağıq. Bu, rəhbərliyin göstərişidir”, - deyə o qeyd edib.
Nikzad ABŞ Prezidenti Donald Trampın İranın nüvə potensialı ilə bağlı açıqlamalarını da ziddiyyətli adlandırıb.
Onun sözlərinə görə, Tramp bir tərəfdən İranın nüvə potensialının məhv edildiyini iddia edir, digər tərəfdən isə Tehranın nüvə obyektlərinə malik olmasına qarşı çıxmaqda davam edir.
Qeyd edək ki, Hörmüz boğazı ətrafında vəziyyət son günlər ABŞ və İran arasında gərginliyin əsas mövzularından birinə çevrilib.
Bizim.Media