Rusiyanın Yaroslavl vilayətində yerləşən neft emalı zavodunda güclü yanğın baş verdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, Ukrayna mediası və OSINT mənbələri müəssisənin gecə saatlarında PUA hücumuna məruz qaldığını yazıblar.
Məlumata görə, hadisə zamanı zavod ərazisində ardıcıl partlayış səsləri eşidilib. Yerli sakinlər 15-dən çox güclü partlayış səsi eşitdiklərini bildiriblər.
Bundan sonra müəssisədə genişmiqyaslı yanğın başlayıb. Yaroslavl neft emalı zavodunun Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olduğu qeyd olunur.
Hadisə ilə bağlı Rusiya rəsmilərinin hələlik geniş açıqlama vermədiyi bildirilir. Tələfat və dağıntıların miqyası barədə dəqiq məlumat yoxdur.
Bizim.Media