İrəvan-İstanbul reysləri: 90-cı illərdən necə həyata keçirilir? – DETALLAR

Hava əlaqəsi son illərdə Ermənistan və Türkiyəni birləşdirən yeganə birbaşa marşrut olub. Müstəqil Ermənistanın bütün dövründə uçuşlar əsasən İstanbuldan İrəvana və yalnız Türkiyə aviadaşıyıcısı tərəfindən həyata keçirilirdi. 

Bizim.Media xəbər verir ki, “Sputnik Ermənistan”ın müxbiri bu gün açılan reysin özəlliyi haqda yazıb.

Ermənistanın “FlyOne Armenia” aviaşirkətinin İrəvan-İstanbul-İrəvan reysi bu gün yerli vaxtla saat 18:00-da həyata keçiriləcək.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmamasına baxmayaraq, həmişə 90-cı illərdən etibarən uçuşlar olub və onlar yalnız türk aviaşirkəti tərəfindən həyata keçirilib. Son uçuş 2019-cu ilin dekabrında olub.

Hazırkı reysin özəlliyi ondan ibarətdir ki, Türkiyə müstəqil Ermənistanın tarixində ilk dəfə olaraq erməni aviadaşıyıcısına öz ölkəsinə uçmağa icazə verib.
 

Yeri gəlmişkən, bu icazə Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyanla Serdar Kılıçın Moskvada yanvarın 14-dəki görüşündən bir gün əvvəl ) verilib.


Uçuşlar əvvəllər necə olub? 

Aviasiya mütəxəssisləri qeyd edirlər ki, sovet dövründə Türkiyə ilə Ermənistanı birləşdirən uçuşlar olub. 1993-cü ildən isə iki ölkə arasında uçuşlar türk təyyarələri ilə həyata keçirilib. Uçuşlar birbaşa, lakin çarter yolu ilə olub.

Qeyd edək ki, 90-cı illərdən etibarən İrəvanı Türkiyənin ən böyük şəhərlərindən biri - 60 minlik erməni diasporunun məskunlaşdığı İstanbulla da birləşdirə bilən milli daşıyıcıları var idi:

“Ermənistan Hava Yolları” (dövlətin iştirakı ilə) və “Armavia” (milli aviadaşıyıcı). Lakin Ankara bütün bu illər ərzində Ermənistandan gələn aviadaşıyıcılara icazə verməyib.

2003-cü ildən 2019-cu ilin dekabrına qədər Türkiyənin Atlasjet Hava Yolları İrəvandan İstanbula həftədə bir dəfə həyata keçirilirdi. Lakin 2011-2013-cü illərdə tələbatla əlaqədar olaraq aviaşirkət uçuşların tezliyini həftədə üç və ya daha çox dəfə artırıb. Son illərdə Atlasjet həftədə bir dəfə uçub.
 

İstanbul və İrəvan arasında ən böyük sərnişin axını 2019-cu ildə qeydə alınıb. İrəvan-İstanbul-İrəvan reysindən 61 431 vətəndaş istifadə edib.


2019-cu ilin sonunda Atlasjet müflis olub və uçuşları dayandırıb. 2020-ci ildə (Qarabağda müharibədən əvvəl) yalnız 480 sərnişin çarterlə uçub.

Bütövlükdə reys biznes sektorunun nümayəndələri və ticarətdə çalışan şəxslər arasında tələbat olub. Türk mallarının satıcıları mal almaq üçün tez-tez İstanbula gedirdilər. Mallar “Cargo Express” şirkəti vasitəsilə Ermənistana göndərilib və onlar özləri İrəvana uçublar.

Ermənistan və Türkiyə arasında müntəzəm uçuşlar hazırda planlaşdırıla bilməz. Qanuna görə, tərəflərə müvafiq icazə hökumətlərarası komissiya tərəfindən verilir, lakin diplomatik münasibətlər olmadığı üçün bu, sadəcə olaraq mövcud deyil. Yalnız müqavilə bağlandıqdan sonra müntəzəm uçuşlar təşkil edilə bilər.

Buna görə də 90-cı illərdən başlayaraq bütün uçuşlar çarter prinsipinə uyğun həyata keçirilir.

2022-ci ilin yanvarında Ankara və İrəvan Ermənistanın Fly One və Türkiyənin Pegasus aviaşirkətləri tərəfindən çarter reyslərinin həyata keçirilməsi üçün icazə verib. “FlyOne Ermənistan” fevralın 2-dən etibarən İrəvan-İstanbul-İrəvan reysini həftədə iki dəfə, bazar ertəsi və çərşənbə axşamı günləri yerinə yetirəcək. Aprel ayından etibarən uçuşların sayının həftədə üç dəfəyə qədər (bazar ertəsi, çərşənbə və cümə günləri) artırılması planlaşdırılır.
 

Pegasus Hava Yollarının 2 və 5 fevral tarixlərində iki uçuşu var, lakin fevralın 7-dən martın 27-dək aviaşirkət həftədə üç uçuş (bazar ertəsi, cümə axşamı və şənbə) yerinə yetirəcək.


Uçuşlar üçün biletlərin qiyməti 39 avrodan başlayır və 70 avroya qədər qalxır. Uçuş müddəti iki saatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

Rusiya Xarkovu VURDU: 6 ölü, 14 yaralı var

Rusiya Xarkovu VURDU: 6 ölü, 14 yaralı var

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Mbappe karyerasında ilkə İMZA ATDI

Mbappe karyerasında ilkə İMZA ATDI

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

End of content

No more pages to load

RADİO