Türkiyə təyyarəsinin qəzaya uğramasına dair ƏSAS EHTİMALLAR

"Təyyarə qəzaları, əsasən, dörd səbəbdən baş verir".
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyə təyyarəsində həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı​

​​​​​​
Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

"Birinci səbəb insan faktorudur. "C-130"un pilotları kifayət qədər peşəkar olublar.

Pilotlarla dispetçer xidməti arasında da hər hansı danışıq qeydə alınmayıb, yəni dispetçer xidmətinin səhv etməsi ehtimalı istisnadır.

İkincisi, hava şəraiti uçuş üçün uyğun olduğundan bu versiyanı da istisna edirik.

Üçüncüsü, texniki nasazlıqdır və bu versiya müzakirə oluna bilər.

Dördüncüsü isə təxribat və diversiyadır, lakin bunun əlamətlərini müşahidə etmirik.

Təyyarənin korpusunda kənar təsir elementləri yoxdur. Təyyarənin içərisində partlayıcı qurğu olsaydı belə, gövdədə aydın görünən partlayış izləri olardı. Hazırda belə əlamətlər yoxdur, buna görə vurulma ehtimalı istisna edilir. Bu baxımdan, qəzanın iki əsas səbəbi daha real görünür", - ekspert deyib.

Ə.Verdiyevin sözlərinə görə, bu ehtimallar aşağıdakılardır:

"Təyyarənin istismar müddəti və texniki vəziyyəti: "C-130" uzun müddət idi ki, xidmətdə idi və sonuncu dəfə beş il əvvəl təmir olunub. Uzunmüddətli istismar nəticəsində "metal yorğunluğu", yəni metalların aşınması halları baş verə bilər ki, uçuş zamanı güclü hava təzyiqinin korpusun deformasiyasına səbəb olması mümkündür.

Həmçinin yüklərin bərkidilməsi ilə bağlı problem: Təyyarədə yüklər düzgün bərkidilmədikdə hava axınları onların yerini dəyişdirərək gövdəni zədələyə bilər. Bu iki amil eyni vaxtda baş verə və nəticədə təyyarənin korpusu sıradan çıxa bilər.


Ağlabatan ehtimal təyyarənin köhnə olması, uzunmüddətli istismardan sonra detallarında korroziyanın yaranması və yüklərin tam bərkidilməməsi ola bilər".

Ekspert bildirib ki, hadisə hərtərəfli araşdırılacaq:

"Təyyarənin bütün detalları ekspertiza ediləcək, "qara qutu" oxunacaq və radiotezliklərdəki danışıqlar araşdırılacaq. Məlum olan odur ki, təyyarənin quyruq hissəsi əsas korpusdan ayrılaraq ondan öncə yerə düşüb. Korpusda qırılma və sınma əlamətləri görünür. Metal detallar bir-birindən ayrılıb və gövdə ilə kabinə hissəsi fərqli istiqamətlərdə yerə düşüb".

Xatırladaq ki, noyabrın 11-də Türkiyənin "C-130" tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycan sərhədindən təxminən beş kilometr məsafədə qəzaya uğrayıb.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan 20 nəfərlik heyətin hamısı həlak olub.
 

Qəzadan dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib, iki lider arasında telefon danışığı baş tutub. Azərbaycan rəsmiləri də hadisə ilə bağlı türkiyəli həmkarları ilə sıx təmasdadırlar. Rəsmi Bakı faciəyə həssas yanaşaraq bütün məsələlərin araşdırılmasına hərtərəfli dəstək verir.


Qeyd edək ki, "C-130" dünən Gəncə hava limanına enib və təxminən iki saat orada gözləyib.

Bu müddət ərzində nə təyyarəyə kənar müdaxilə, nə də ona yaxınlaşma halı qeydə alınıb.

Ekipaj hava gəmisinin göyərtəsini tərk etməyib, texniki personal isə standart təhlükəsizlik prosedurlarını tamamladıqdan sonra təyyarəyə minib. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.
 

Təyyarə yük kimi "F-16" qırıcı təyyarələrinə texniki xidmət üçün nəzərdə tutulan mexaniki ehtiyat hissələrini daşıyırdı. Göyərtədə partlayıcı maddə olmayıb.


İlkin müşahidələrə görə, qəza yerində aparılan baxış zamanı təyyarənin gövdəsində hər hansı xarici təsir və ya zərbə izi aşkarlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO