Paşinyan Azərbaycanla sərhədin delimitasiyası haqda danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ildə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanmasını “uğur tarixçəsi” kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Novosi Armeniya” nəşri yazıb.

“Tapşırığıma əsasən, Ermənistanın dövlət qurumları vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar, siyasi və partiya xadimləri, bəzən də diaspor nümayəndələri üçün Tavuşun Kiranç hissəsində və ona bitişik sərhəd ərazilərinə səfərlər təşkil edir. Məqsəd – bizim ‘sülh gündəliyi’ dedikdə nəyi nəzərdə tutduğumuzu yerində göstərməkdir”, – deyə Paşinyan “Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı Orbeli Forumunda çıxışı zamanı bildirib.

O əlavə edib ki, bu səfərlər barədə “heç bir mənfi rəy səslənməyib”.

“Bu, çox vacib bir uğur tarixçəsidir və onun davamı da var – 2024-cü ildə Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının fəaliyyətinə dair reqlament imzaladılar və bu sənəd hər iki ölkədə ratifikasiya olundu. Əslində bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə üçün de-yure qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir,” – deyə Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, həmin reqlamentdə ən mühüm məqam ondan ibarətdir ki, iki ölkə arasında sərhədin delimitasiyasının əsas prinsipi Alma-Ata Bəyannaməsi olacaq.

“Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında açar, dönüş nöqtəsidir. Hər iki ölkə Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanıyır,” – deyə Paşinyan vurğulayıb və bu faktın Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişində də əks olunduğunu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO