''Human Rights Watch'' Ermənistanın kasetli silahlardan istifadəsini təsdiqlədi

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələri altı həftəlik müharibə dövründə dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutub.

Bizim.Media “Human Rights Watch”-a istinadən xəbər verir ki, bu saytın hesabatında öz əksini tapıb. Bildirilib ki, “Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatın istifadə olunduğu dörd hücumu sənədləşdiriblər:

“Bu hücumlarda 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb”.

Hesabatda kasetli silahların xarakteri haqqında məlumat verilərək qeyd olunub ki, onlar top, raket və minaatanlar vasitəsilə yerdən və ya təyyarə ilə havadan atıla bilər:

“Tipik olaraq bu sursatlar havada partlayır və ondan ayrılan bir çox bomba hissəcikləri geniş əraziyə yayılır. Hücum zamanı bölgədəki hər kəs - istər döyüşçülər, istərsə də mülki insanlar ölüm və ya yaralanma riski altında qalırlar. Bundan əlavə, kasetli sursatlar tez-tez ilkin təsir nəticəsində partlaya bilmir və onlar minalar kimi təhlükə mənbəyi olaraq qalır”.

Təşkilatın hesabatında Bərdə şəhərinə oktyabr ayında atılan və 21 mülki vətəndaşın ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silahlı hücum sənədləşdirilib:

“Noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı “Human Rights Watch” Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə rayonuna, ikisi Goranboy rayonuna və biri də Tərtər rayonunda olmaq üzrə dörd kasetli silahlı hücumu sənədləşdirib”.

“Human Rights Watch” hesabatında bildirilib ki, kasetli silahlar mülki və hərbi obyektləri ayıra bilmədiyi üçün onların istifadəsi müharibə qanunlarını pozur.

Hesabatda deyilib ki, təşkilat noyabrın 27-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşüb və həmin nümayəndə Ermənistanın ordusunun hərbi arsenalında kasetli silah-sursatların olmasını təkzib edib:

“Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən çap olunan illik nüfuzlu “Hərbi Balans-2020” daxil olmaqla, bir sıra beynəlxalq istinad olunan nəşrlər Ermənistanın “Toçka-U” və “İsgəndər” ballistik raketlərinə, “Smerç” və Çin istehsalı WM-80 çox lüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər.

“Human Rights Watch” Dağlıq Qarabağdakı qüvvələrin kasetli silahlara sahib olmadığının fərqindədir. Belə olan halda Ermənistan silahlı qüvvələrinin bu hücumları həyata keçirdiyi və ya Dağlıq Qarabağdakı hərbi qüvvələri bu döyüş sursatları ilə təmin etdiyi ehtimal olunur.

Qadağan edilmiş silahlar kimi, kasetli döyüş sursatları heç bir halda heç kim tərəfindən istifadə edilməməli və ya təmin edilməməlidir”.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Villiamson deyib ki, kasetli silahlar qəddar silahlardır, onlar beynəlxalq müqaviləyə əsasən qadağan edilib və bu silahlardan istifadə mülki həyata kobud şəkildə hörmətsizliyi göstərir:

“Həm Ermənistan, həm də Azərbaycan kasetli döyüş sursatından istifadə etməmək və bunların qadağan olunduğu müqaviləyə qoşulmaq üçün dərhal öhdəlik götürməlidirlər”.

Xatırladaq ki, hesabatda kasetli silahların birbaşa hücumuna məruz qalmış şəxslərin fikirləri və müsahibələri də yer alıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenskidən Trampın Kiyevə hücumla bağlı açıqlamasına CAVAB

Zelenskidən Trampın Kiyevə hücumla bağlı açıqlamasına CAVAB

“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT – FOTOLAR

“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT – FOTOLAR

ABŞ-dan yeni reaktiv təyyarə: Saatda 1000 km sürətlə uça biləcək - VİDEO

ABŞ-dan yeni reaktiv təyyarə: Saatda 1000 km sürətlə uça biləcək - VİDEO

Gəncədə ağır qəza: 3 yaralı var

Gəncədə ağır qəza: 3 yaralı var

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açıldı – BİRGƏ MƏLUMAT

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açıldı – BİRGƏ MƏLUMAT

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Qubada alma ağacları kütləvi şəkildə kəsilir - VİDEOREPORTAJ

Qubada alma ağacları kütləvi şəkildə kəsilir - VİDEOREPORTAJ

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

Nənə və babalara ÇAĞIRIŞ: Nəvələrinizi qucaqlamayın!

Nənə və babalara ÇAĞIRIŞ: Nəvələrinizi qucaqlamayın!

Türkiyədə məhkəmə QALMAQALI - Hakimin hicablı olmasına etiraz edən vəkillə bağlı QƏRAR VERİLDİ

Türkiyədə məhkəmə QALMAQALI - Hakimin hicablı olmasına etiraz edən vəkillə bağlı QƏRAR VERİLDİ

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq – TƏHLÜKƏLİ PROQNOZ

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq – TƏHLÜKƏLİ PROQNOZ

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bölgə hotellərində qiymətlər kəskin yüksələcək - BU TARİXDƏN

Bölgə hotellərində qiymətlər kəskin yüksələcək - BU TARİXDƏN

Uitkoff Putinlə görüşündə nələri qeyd edib? - Əl yazısı ortaya çıxdı – FOTO

Uitkoff Putinlə görüşündə nələri qeyd edib? - Əl yazısı ortaya çıxdı – FOTO

Almaniyada Rusiyaya casusluq edən Ukrayna vətəndaşı TUTULDU

Almaniyada Rusiyaya casusluq edən Ukrayna vətəndaşı TUTULDU

Elşən Babayev işdən çıxarıldı

Elşən Babayev işdən çıxarıldı

Soyuq evdə paltarları necə qurutmaq olar?

Soyuq evdə paltarları necə qurutmaq olar?

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

Pentaqon bu şirkətdən 850 ədəd F-35 qırıcısı ALACAQ

End of content

No more pages to load

RADİO