“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT – FOTOLAR

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çində robot-sevgililər 160 min dollara (272 min manat) satışa çıxarılıb. Məlumata görə, artıq 13 mindən çox sifariş verilib və bu sahəyə böyük maraq var.

Bəs belə robotlara marağın artması gələcəkdə insanların münasibətlərinə, ailə institutuna və sosial həyata necə təsir edəcək? Süni intellekt və robot texnologiyaları insan münasibətlərini əvəz edə bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan sosioloq Yusif Nəbiyevin sözlərinə görə, robotların artmasının insanların ailə və münasibətlərinə mənfi təsiri olacaq:

“Çünki biz bu effekti təkcə robot texnologiyalarında deyil, Qərb dünyasında baş verən başqa bir transformasiyada da görürük. Belə ki, insanlar ailə qurmaqdan, ailə münasibətlərindən uzaqlaşır, ev heyvanları saxlamağa meyil edirlər. Bir çox insan hətta ən yaxın insani münasibətlərini belə heyvanlarla münasibətlərlə əvəz edir və düşünür ki, bu, onları qane edir. İnsanlar evlənməyə o qədər də meyilli olmur, evlənənlər belə övlad sahibi olmağa həvəs göstərmirlər. Bəzi insanlar düşünə bilər ki, süni intellekt və robot texnologiyaları insan münasibətlərini əvəz edə bilməz. Amma mən bu ssenariyə pessimist yanaşıram”.

Sosioloq qeyd edib ki, insan münasibətlərini əvəz etmək mümkün olacaq:

“Böyük qiymət verdiyimiz insan münasibətləri heç də hamı üçün əvəzolunmaz deyil. Dərin münasibətlər qurmağı bacarmayan, aşağı keyfiyyətli münasibətlər quran insanların əlaqələri də, onsuz da, keyfiyyətsiz olur. Belə münasibətləri isə süni intellekt, çatbot və ya robot rahatlıqla əvəz edə bilir. Dediyim kimi, bunu heyvanlarla münasibətlər nümunəsində də görürük. Heyvanlarla qurulan münasibətlər bir çox insan üçün insanlarla münasibətləri əvəz edə bilir. Çünki bu insanlar qarşılıqlı öhdəliklər götürmək, bərabərhüquqlu münasibətlər qurmaq və onları davam etdirmək istəmirlər, yaxud da bundan zövq ala bilmirlər. Onlar qarşılarında şərtsiz tabe olan, yalnız dəstək verən, amma heç nə tələb etməyən bir tərəfin olmasını istəyirlər. Məsələn, heyvanlar kimi”.



Yusif Nəbiyevin fikrincə, bu tip insanların münasibətlərini robotlar da əvəz edə bilər:

“Əsas sual budur ki, belə insanların ail qurmaması, övlad sahibi olmaması mənfi haldır, yoxsa müsbət? Bu, artıq etik-fəlsəfi məsələdir və müzakirəyə açıqdır. Fikrimcə, dərin insani münasibətlər qura bilməyən, qarşılıqlı öhdəliklərin dəyərini anlamayan insanlar ailə qurmasalar və övlad sahibi olmasalar, daha yaxşıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sergen Yalçın rəsmən Türkiyə millisində

Sergen Yalçın rəsmən Türkiyə millisində

Azərbaycan BMT-də məcburi köçkünlərlə bağlı təcrübəsini bölüşdü - FOTO

Azərbaycan BMT-də məcburi köçkünlərlə bağlı təcrübəsini bölüşdü - FOTO

Bakıda kişi şalvarı ütüləməyən arvadını döydü - Belə cəzalandırıldı

Bakıda kişi şalvarı ütüləməyən arvadını döydü - Belə cəzalandırıldı

Avropada qazın qiyməti 4 ildən sonra ilk dəfə REKORD HƏDDƏ çatdı

Avropada qazın qiyməti 4 ildən sonra ilk dəfə REKORD HƏDDƏ çatdı

Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

ABŞ-dan gözlənilməz QƏRAR: Bu ölkələrdən qoşunlarının bir hissəsini çıxarır

ABŞ-dan gözlənilməz QƏRAR: Bu ölkələrdən qoşunlarının bir hissəsini çıxarır

Zelenskidən Trampın Kiyevə hücumla bağlı açıqlamasına CAVAB

Zelenskidən Trampın Kiyevə hücumla bağlı açıqlamasına CAVAB

“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT – FOTOLAR

“Ər” və “arvad” satışa çıxdı: qiyməti 272 min MANAT – FOTOLAR

ABŞ-dan yeni reaktiv təyyarə: Saatda 1000 km sürətlə uça biləcək - VİDEO

ABŞ-dan yeni reaktiv təyyarə: Saatda 1000 km sürətlə uça biləcək - VİDEO

Gəncədə ağır qəza: 3 yaralı var

Gəncədə ağır qəza: 3 yaralı var

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açıldı – BİRGƏ MƏLUMAT

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açıldı – BİRGƏ MƏLUMAT

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı - FOTO

Qubada alma ağacları kütləvi şəkildə kəsilir - VİDEOREPORTAJ

Qubada alma ağacları kütləvi şəkildə kəsilir - VİDEOREPORTAJ

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

Nənə və babalara ÇAĞIRIŞ: Nəvələrinizi qucaqlamayın!

Nənə və babalara ÇAĞIRIŞ: Nəvələrinizi qucaqlamayın!

Türkiyədə məhkəmə QALMAQALI - Hakimin hicablı olmasına etiraz edən vəkillə bağlı QƏRAR VERİLDİ

Türkiyədə məhkəmə QALMAQALI - Hakimin hicablı olmasına etiraz edən vəkillə bağlı QƏRAR VERİLDİ

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq – TƏHLÜKƏLİ PROQNOZ

2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq – TƏHLÜKƏLİ PROQNOZ

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşdü

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisində - FOTO

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Kamran Əsədovun məhkəməsindən YENİ XƏBƏR

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Zelenski çıxılmaz vəziyyətdə: Tramp Rusiyaya qarşı kursunu dəyişib

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Adi suyu arıqlama vasitəsi adı ilə satırmış... – Sabiq nazirin dələduzluğu ÜZƏ ÇIXDI

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO