Rusiya prezidenti Vladimir Putin ABŞ ilə münasibətləri normallaşdırıb və nəticədə Ukraynaya qarşı müharibə mövzusunu iki ölkə arasındakı əlaqələrdən tamamilə kənarlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp cəmi bir həftə yarım ərzində Rusiyaya münasibətdə xarici siyasət kursunu dəyişib, Moskvaya iqtisadi təzyiqləri yumşaldıb və Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edib.
Məqalədə qeyd olunur ki, Putin Ukrayna məsələsində güzəştə getmədən Vaşinqtonla münasibətləri normallaşdırmağa çalışır. Bu yaxınlaşma isə Rusiyanın ABŞ-ın Ukraynaya mümkün dəstəyini zəiflətməsinə şərait yaradır.
Bizim.Media