“Ermənistan və Paşinyan təxribatçıdır” - Erməni yazıçı Karapetyanın Qarabağa səfərini pislədi - VİDEO

Həkim, erməni yazıçı-publisist Levon Drnoyan Ermənistanı və onun rəhbərliyini təxribatlarda ittiham edib.

Bizim.Media Ermənistanın mamul.am nəşrinə istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində müvafiq qeyd edib.

Levon Drnoyan soydaşlarına müraciətinə onun yazısını “erməni emosionallığı olmadan” oxumağı xahiş etməklə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan müdafiə nazirini niyə işdən qovdu? - SƏBƏBİ BƏLLİ OLDU


“Aramızda elə birisi olmalıdır ki, hadisədən sonra danışacaq, yaltaqlıq etməyəcək. İcazə verin, sizin aranızda və erməni mədəni mühitində yaşayan mən də məhz belə bir insan olum. Erməni atalar sözündə olduğu kimi: “Evinizdə sənə qulluq edə bilərəm”.

Mən isə sizə demək istəyirəm: “Erməni xalqı, siz özünüzü aldadırsınız”. Bir epizoda toxunacağam.

Son xəbərlərə görə, Ermənistanın müdafiə naziri noyabrın 7-8-də Qarabağa səfər edib və bundan sonra Silahlı Qüvvələrin bölmələri ilə bağlı açıqlama verib. 

Baş nazirə bunları deyirəm: “Baş nazir, siz etdiklərinizin mənasını başa düşürsünüz. Bunu etməzdən əvvəl beynəlxalq hüququ öyrənmisinizmi? Siz suveren dövlətin başçısı öz hökumət nazirinizi başqa bir de-yure suveren ölkənin ərazisinə göndərdiniz ki, sizə tabe olan silahlı birləşmələrə göstəriş versin.
 

Buna yoxlama deyilir, hə? Və taleyin ironiyası, müdafiə naziri məğlub olandan düz bir il sonra qoşunlara göstəriş verir. Baş nazir, müdafiə nazirinin bu səfəri ilə dünyaya və düşmənə nə dediyinizi başa düşürsünüzmü?


Baş nazir, müdafiə nazirinə məğlubiyyətin ildönümündə Qarabağa səfər etməyi tapşıraraq, siz nəzarət altında olan təsir agenti, təxribatçı kimi çıxış etdiniz. Burada rus-imperator “müttəfiq” eyhamını hiss etmək olar, rus-imperator yumoru tükənməzdir.

Federal Təhlükəsizlik Xidməti sizə, Ermənistanın baş nazirinə təslim olma gününü belə qeyd etməyi əmr edir. Və cinayətə, dövlətə xəyanətə sövq edir. Axı Azərbaycan sizin bu addımınıza müharibə elan etməklə cavab verə bilərdi. Və beynəlxalq hüquq onun tərəfində olardı.
 

Siz beynəlxalq hüquq normalarını kobud şəkildə pozmusunuz. Hüquqi proseslərə başlamaq üçün parlament dinləmələri və dövlət orqanları təşkil edilməlidir. Yalnız öz dövlətinin məntiqsiz təxribatından sonra özünü aldadan erməni xalqı düşünəcək: nə olacaq ki, düşmən cavab verməyəcək.


Baş nazir, Ermənistan ətrafında ciddi fors-major vəziyyəti yaşanır. Bu proqnozlaşdırıla bilən idi. İndi fors-major addımlar atılmalıdır. Buradan müharibə iyi gəlir, baş nazir”, - publisistin erməni xalqına müraciətində belə deyilir.

Mövzu ilə bağlı Caliber.az saytının hazırladığı videonu sizə təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VİDEO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

UEFA FİFA-dan HESABAT tələb etdi

UEFA FİFA-dan HESABAT tələb etdi

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Parisda komendant saatı ELAN OLUNDU

Parisda komendant saatı ELAN OLUNDU

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO