Bu il neçə körpəyə Polad və Xudayar adları qoyulub? – RƏSMİ

0:00
0:00

Yeni doğulan uşaqlara şəhidlərin adlarının verilməsi kəskin artıb.

Bu ilin ilk 9 ayında doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

Ədliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə yanvar ayından bu günə qədər 207 körpəyə Polad adı verilib. Ötən il ərzində isə bu rəqəm 193 olub. 

Bununla yanaşı bu ilin ilk 9 ayında 60 körpəyə Xudayar adı verilib. Ötən il isə bu rəqəm 3 olub. 
 
Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Generalımız 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xudayar adı isə 2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə hərbi qulluqçu Xudayar Yusifzadənin qəhrəmancasına şəhid olmasından sonra məşhurlaşıb.
 
Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xudayarın hərbi əməliyyatlar zamanı oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bank məlumatlarını süni intellektlə bölüşənlərə XƏBƏRDARLIQ

Evi obyektə çevirib saxta alkoqollu içkilər hazırladılar – FOTO

Vuçiç: “Üçüncü Dünya Müharibəsi labüddür” – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan bu yol bağlanacaq

Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi

Ukrayna ilə bağlı yeni danışıqların keçiriləcəyi ölkə açıqlandı

Sahibə Qafarova TÜRKPA-nın plenar iclasında çıxış etdi - FOTO

Nəriman Nərimanov Şəkiyə bu faytonla getmişdi... – VİDEO

“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib - FOTO

Vüsal İbrahimovun ölüm səbəbi bəlli olub

Tikintisi davam edən Ağdam “İmarət” stadionu nə vaxt istifadəyə VERİLƏCƏK? – Rəsmi AÇIQLAMA

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Borussiya”nın rəsmi hesabı “Sabah”ın futbolçusunun müsahibəsini paylaşdı – VİDEO

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Azərbaycanlı boksçu 2 illik diskvalifikasiya olundu

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Hikmət Hacıyev İsveç səfiri ilə görüşdü – FOTO

Prezident BMT ilə bağlı memorandumu təsdiqlədi

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Qarabağ Milli Parkı yaradılır – SƏRƏNCAM

“Sabah”la oyundan əvvəl hoteldə futbol-tennis oynadılar – FOTO-VİDEO

Azərbaycanda bu iki fəsil artıq gec başlayacaq? – Hava dəyişir

Milli irsi pula çevirən naşirlər - Xalqın yaratdığını satarkən diqqətli olun!

Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisinə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO