Ermənistan İordaniya əməkdaşlığındakı bəzi gizlinlər

Ermənistan İordaniya əməkdaşlığındakı bəzi gizlinlər
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan prezidenti Armen Sarkisyanın ölkəsinin ən ağır günlərində İordaniya krallığına rəsmi səfəri beynəlxalq aləmdə bir mənalı qarşılanmayıb. Bu son iki ildə Ermənistan prezidentinin İordaniyaya sayca ikinci səfəridir. 

2018-ci ilə qədər İordaniya ilə Ermənistan arasındakı əlaqələr əsasən İordaniyadakı erməni icması və etnik erməni əhali ilə bağlı idi. Armen Sarkisyana qədər İordaniyaya dövlət səviyyəsində rəsmi səfərlərin olması haqqında da məlumatlar çox azdır.



2018-ci ildən etibarən isə İordaniya və Ermənistan arasındakı münasibətlərdə ciddi dəyişiklik müşahidə olunur.

Qısa zamanda iqtisadi və hərbi əməkdaşlıq səviyyəsinə qədər yüksələn münasibətlər özlüyündə bəzi suallar doğurur. Göründüyü kimi, bu iki dövlət o dərəcədə ciddi tarixi bağlara və əlaqələrə malik deyillər. Hətta İordaniya müsəlman dövlətidir və Azərbaycanla birgə İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bəs onda İordaniyanın və Ermənistanın qarşılıqlı əlaqələrinin altında yatan səbəblər nələrdir?

İordaniya Ermənistanı silahlandırır

Ermənistan və İordaniya arasındakı əlaqələr ilk olaraq hərbi sahədə əməkdaşlıqla diqqət cəlb etmişdi. Ötən ilin payızında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan İordaniya Krallığında işgüzar səfərdə olmuşdu.

Səfər çərçivəsində general-leytenant Artak Davtyan İordaniya Krallığı Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general-mayor Yusef Ahmad Al-Hunaiti ilə görüşmüş, İordaniya ordusunun təşkil etdiyi hərbi təlimlərə qatılmışdı. Bu həmin Al-Hunati idi ki, bir sıra media quruluşları onu Ermənistanla hərbi əməkdaşlığın əsas kuratoru hesab edirdi.



Ermənistan tərəfdən isə bu işin təşkilatçısı David Qalstyan idi. Qaltsyan Rusiyadan kreditlər hesabına uzun qiymətə aldığı silahları üçüncü ölkəyə satmaqla və külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurdu.

Rusiya silahlarının satıldığı ölkələr arasında BƏƏ və İordaniya kimi ölkələrin yer alması ilə xüsusilə diqqəti cəlb edirdi.

Ermənistan və İordaniya arasında silah satışının əsas istiqaməti İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksinin (RPQ-32) alınmasını əhatə edirdi. Rusiyadan sonra İordaniya 2013-cü ildən başlayaraq bu qumbaraatanları istehsal edən ikinci ölkə idi və bu silah “Naşşab” adı ilə istehsal olunurdu. İordaniya öz istehsalı olan bu qumbaratanları xarici bazarda xüsusən Ermənistana satırdı.

İordaniya eyni zamanda 9K33M2 – Osa AK adı altında köhnə silah sistemlərini modernizasiya edir və Ermənistana satışını təşkil edirdi. Ermənistan bu komplekslər üçün 27 milyon dollar pul ödəmişdi. Ermənistanın Qarabağdakı müharibəyə hazırlıq mərhələsində tank əleyhinə və hava hücumundan müdafiə sistemləri aldığı məlum idi.

Bu istiqamətdə əsas silah tədarükçüsünün Rusiya olduğu hesab olunurdu. Lakin İordaniya da Ermənistan üçün ehtiyac duyulan silahların ünvanı idi. Ermənistanın İordaniya ilə hərbi əməkdaşlığa meylli olmasının səbəbləri məhz silah alınması ilə birbaşa əlaqəli idi.

İordaniyanın Ermənistanla əlaqələrdəki marağı nədir?

12 fevral 2020-ci ildə İordaniya kralı II Abdullah Yerevana rəsmi səfərə gəlmişdi. Mətbuat səfərin İordaniya tərəfinin istəyi ilə reallaşdığını yazırdı. Hələ o vaxt II Abdullahın Ermənistana səfəri, Nikol Paşinyanla, patriarx II Qareginlə görüşü, qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi ciddi suallar doğurmuşdu. O çıxışı zamanı II Abdullah açıq şəkildə Ermənistanın İordaniyalı iş adamlarının Avrasiya İqtisadi Birliyinə avantajlı şərtlərlə daxil olması üçün imkan yaradacığına eyham vurmuşdu.



Rəsmi səfərdən bir neçə gün əvvəl isə Ermənistanın iqtisadiyyat naziri Tigran Xaçatryan, İordaniyanın sənaye, ticarət və təchizat naziri Tareq Al-Hamourinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdi. Qəbul əsnasında Ermənistan-İordaniya biznes forumu keçirilmiş və bir sıra sənədlər imzalanmışdı.

Bu, iki ölkənin daha da yaxınlaşmasına xidmət etməsi mahiyyəti daşıyırdı. Forum Ermənistan-İordaniya əməkdaşlığı iqtisadi sahədə genişləndirilməsində mühüm rola malik idi. İki ölkə arasında turizm sahəsinə də diqqət, yüngül sənaye və kənd təsərrüfatı sahələri üzrə əməkdaşlığa maraqlar artırılacaq, ticarət əlaqələri genişləndiriləcəkdi.

Armen Sarkisyanın İordaniya səfərini pərdə arxası

Artıq müharibədə məğlub olmuş Ermənistanın İordaniyadan silah alması üçün səbəb qalmayıb. Ən azından iqtisadiyyatı çökmək üzrə olan bir ölkə əlindəki son qəpik-quruşu da tank əleyhinə silahlara xərcləməzdi. 

Cavab sadədir. Sarksiyan II Abdullahdan xahiş edib ki, müsəlman dünyasında Ermənistanın vəkili olsun, ölkəsinə qarşı gözlənilən sanksiyalardan qorusun. Bundan başqa Ermənistanın müharibənin siyasi və iqtisadi sarsıntılarından xilas olması üçün maliyyə yardım etsin. 

Əli artıq çox yerdən üzülmüş Ermənistanın başqa yolu da qalmayıb, indi o ən ağır şərtlər hesabına bəzi öhdəliklərin altına girmək zorundadır. 

Rəsmi İrəvan iqtisadi resurslarını ən qısa zamanda yenidən bərpa etməyi və Dağlıq Qarabağla bağlı məsələnin gedişində yenidən güc toplamağı hədəfləyir. Bunun üçün də xarici investisiyanın ölkəyə gətirilməsinə və ciddi iqtisadi əməkdaşlıqlara ehtiyac var. Hazırda isə ən ideal variant İordaniyadır. İordaniya üçün də Ermənistan Avrasiya İqtisadi Birliyə çıxış üçün cazibədar müttəfiqdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhid olanda qızı doğulmamışdı – Çoban Nurmətovun yarımçıq qalan XƏYALLARI - VİDEO

Şəhid olanda qızı doğulmamışdı – Çoban Nurmətovun yarımçıq qalan XƏYALLARI - VİDEO

Qara dənizdə azərbaycanlıların olduğu gəmi vuruldu, yaralı var - XİN-dən ÇAĞIRIŞ

Qara dənizdə azərbaycanlıların olduğu gəmi vuruldu, yaralı var - XİN-dən ÇAĞIRIŞ

Zelenski Uitkoff və Kuşnerlə DANIŞDI

Zelenski Uitkoff və Kuşnerlə DANIŞDI

"Araz-Naxçıvan" "Qəbələ"yə UDUZDU

"Araz-Naxçıvan" "Qəbələ"yə UDUZDU

“Brent” nefti 116 dollara yüksəldi – Son 6 ayın REKORDU

“Brent” nefti 116 dollara yüksəldi – Son 6 ayın REKORDU

Bölgələrdə təbiətə 50 min manata yaxın ZİYAN DƏYİB

Bölgələrdə təbiətə 50 min manata yaxın ZİYAN DƏYİB

Moskvanın əsas hava limanı normal iş rejiminə qayıtdı

Moskvanın əsas hava limanı normal iş rejiminə qayıtdı

Sahibkarlar silahlanmağa başlayıblar - Fransa polisinə etimad AZALDI

Sahibkarlar silahlanmağa başlayıblar - Fransa polisinə etimad AZALDI

Xankəndidə beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olundu - FOTO

Xankəndidə beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olundu - FOTO

18 mərtəbəli bina saniyələr içində UÇDU: 100-dən çox ölən var - VİDEO

18 mərtəbəli bina saniyələr içində UÇDU: 100-dən çox ölən var - VİDEO

İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı DƏYİŞDİ

İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı DƏYİŞDİ

Soyuducu anbarda hadisə: qadın faciəvi şəkildə öldü

Soyuducu anbarda hadisə: qadın faciəvi şəkildə öldü

Qəzza ianələri QALMAQALI: Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi vəzifədən azad edildi

Qəzza ianələri QALMAQALI: Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi vəzifədən azad edildi

Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparıldı – FOTO/VİDEO

Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparıldı – FOTO/VİDEO

SON DƏQİQƏ! Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəldilər

SON DƏQİQƏ! Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəldilər

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olundu

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi – FOTO

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirdi – FOTO

Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI

Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI

"İsican" HƏBS EDİLDİ

"İsican" HƏBS EDİLDİ

Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

Abituriyentlərin NƏZƏRİNƏ – Bəzi fənlər üzrə imtahan proqramları TƏSDİQLƏNDİ

Təltif olunduğu ordenin şəklini illər öncə özü hazırlayıbmış... – FOTO

Təltif olunduğu ordenin şəklini illər öncə özü hazırlayıbmış... – FOTO

Şimal bölgəsindəki alma bağlarında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Şimal bölgəsindəki alma bağlarında yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Altı il öncə bu gün – 23 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 23 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

End of content

No more pages to load

RADİO