Əməkdar artist sevənlərinə “Eşq bir sirrdir”i anlatdı - FOTOLAR


5 iyun tarixində Heydər Əliyev adına Respublika Sarayında tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynovanın “Eşqbir sirrdir” adlı sənət gecəsi-solo konserti keçirilib.

Konsert Əməkdar artistə həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb.xa0

Filmdə N. Hüseynovanın öz dilindən onun sənət, yaradıcılıq və həyat yolundan bəhs edilib.xa0

Sonra iki hissədən ibarət olan konsertin birinci hissəsində N.Hüseynovanın ifasında Azərbaycan muğam və təsnifləri, xalq mahnıları səsləndirilib.

Müğənninin ifası dəfələrlə alqışlarla müşaiyət olunub. Konsertin ikinci hissəsi Azərbaycan və türk bəstəkarlarının manhılarının, o cümlədən, müğənninin özünün və sənət yolunun davamçısı-qızı Çilənayın bəstələdiyi mahnıların səsləndirilməsindən ibatət olub.

Belə ki, ikinci hissənin əvvəlində müğənninin qızı Çilənay sözləri Tağı Əhmədova, bəstəsi isə özünə aid olan iki manhnısını ifa edib və ifası alqışlarla qarşılanıb. Sonra yenidən səhnəyə qayıdan N. Hüseynova konsert proqarmının-sənət gecəsinin adını verdiyi “Eşq bir sirrdir”xa0 mahnısı ilə ikinci hissəni davam etdirib.Həmçinin, qeyd edib ki, mahnının sözləri şair Nizami Muradoğluna, bəstəsi isə qızına məxsudur.

“Bu mahnı ifa edildiydi gündən bəyənildi, böyük uğur qazandı. Məhz bu mahnıya görə məni ABŞ-a, Kanadaya, qardaş Türkiyəyə konsertlərə dəvət etdilər. İnanıram ki, bu gecənin qonaqları, izləyiciləri də bu mahnını bəyənəcəklər və bəyəndilər”-deyə, o, əlavə edib.

Xanım müğənni sonra “O sənli günlərim”, “Yandım, elə yandım”, “Olmaz, olmaz” “Sil baştan”, “Uzun, incə bir yoldayım” mahnısını və digər manıları ifa edib.xa0N.Hüseynova konserti dahi Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlınınxa0Azərbaycanın üçrəngli bayrağına həsr etdiyi şeirinə yazılan manhı ilə bağlayıb.xa0Tamaşaçılar bu mahnını ayaq üstə və alqış sədaları altında dinləyiblər.

Qeyd edək ki, konsert proqarmına qatılanlar arasında müğənninin sənət həmkarları da olub.xa0 Onlardan Xalq artistləri Arif Babayevi, Teyyub Aslanı, Möhlət Müslümovu, Əməkdar artistlər Aybəniz Haşımovanı, Gülüstan Əliyevanı, tanınmış saz ifaçısı Almaz Kosayevanı və digərlərini qeyd etmək olar.

Xalq artisti, professorxa0Arif Babayevxa0söz alaraq, gecə və müğənni haqqında fikirlərini söyləyib:

“Çox gözəl bir gecədir, əsl sənət, yaradıcılıq gecəsidir. Ozü də çox əlamətdar haldır ki, konsert gözəl günlərdən, bayramlardan birinə-Ramazan bayramına təsadüf edir. Bunun özü də yaxşlığa bir əlamətdir.

Nuriyyə xanım mənim tələbələrimdən olub. Çox istedadlı, çox işgüzar, çox gözəl sənətçidir. Bir müəllimi, az da olsa, üzərində əməyi olan bir insan kimi deyərdim ki, Nuriyyə xanımın sənəti, uğurları məni sevindirir.

Ona növbətixa0 uğurlar, can sağlığı, xoşbəxtlik arzulayıram”.

Müğənni öz növbəsində gecədə iştirak etdiyinə, onun haqqında yüksək sözlərinə görə A. Babayevə, o cümlədən, konsertin baş tutmasına dəstək verdikləri üçün Mədəniyyət Nazirliyinə, mədəniyyət nazirinə və Sarayın rəhbərliyinə minnətdarlığını ifadə edib.

“Bəlkə də mən burada, bu Sarayda ən çox güzəştə gedilən müğənniyəm. Çünki bu gecəni, bu konserti onların köməyi və dəstəyi ilə ərsəyə gətirdim. Çünki mənim, bu komsertin sponsoru yox idi. Bəzən 5 min, 10 min insanı bir zala, konsertə yığmaq olar, amma o məcburi xarakter daşıdığı üçün, uğurlu alınmaya bilər.

Amma bəzən də 5-10 nəfər konsertə, sənət gecəsinə könüllü gələ bilər. Bax, bu, əsl sənət gecəsidir, sənətə əsl münasibətdir. Mən bu mövqedən yanaşıram.

Odur ki, mənə, sənətimə dəyər verib, bu gecəyə gələn hər bir kəsə, mənə dəstək olan hər bir insana öz minnətdarlığımı, təşəkkürlərimi bildirirəm”- deyə, N. Hüseynova sonda bildirib. (oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Nadir goblin köpəkbalığı ilk dəfə təbii yaşayış mühitində görüntüləndi - FOTO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Bakıda 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar - VİDEO

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Ukraynanın MiQ-29 qırıcısı qəzaya DÜŞDÜ

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Kofe tullantıları yüksək enerjili biokömürə çevrildi - FOTO

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu - İmişlidə OLAY

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Egey dənizində güclü ZƏLZƏLƏ oldu

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

Azərbaycan dəri istehsalını 2 dəfədən çox ARTIRIB

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

9,85 milyon dollarlıq desert — Dünyanın ən bahalı şirniyyatları

“Hər gün yüzlərlə iş yeri bağlanır”

“Hər gün yüzlərlə iş yeri bağlanır”

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

“15 ildir bizi qürurlandırırsan”

“15 ildir bizi qürurlandırırsan”

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

End of content

No more pages to load

RADİO