İşğaldan azad edilən Quşçubaba Baharlı, Tsakuri Hünərli adlandırılacaq

Noyabrın 13-də  Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, komitə sədri iclasın gündəliyi barədə məlumat verib.

Qeyd edilib ki, gündəliyə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.

Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qeyd edilib ki,  Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib.

Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır.

Komitə sədri Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndinin adı ilə bağlı bildirib ki, bu kənd qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub.

Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib.

Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə əks etdirir. 

Sonra deputatlar Məzahir Əfəndiyev və Tahir Rzayev müzakirə olunan məsələlərə münasibət bildirərək qeyd ediblər ki, kəndlərimizə verilən yeni adlar müasir dövrün reallıqlarının gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir.

İclasın sonunda qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

End of content

No more pages to load

RADİO