Asiya Futbol Konfederasiyası (AFC) qitə çempionatının keçirilmə formatında dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, qurumun rəsmi saytının yaydığı məlumata görə, bundan sonra Asiya Kuboku cüt illərdə təşkil olunacaq.
2027-ci ildə keçiriləcək turnir hazırkı təqvim üzrə sonuncu yarış olacaq. Növbəti Asiya Kuboku isə 2032-ci ildə təşkil ediləcək. Yarışın keçiriləcəyi ölkə hələ müəyyənləşməyib.
Dəyişikliyin səbəblərindən biri AFC rəhbərliyinə seçkilərin turnirin təqvimi ilə uyğunlaşdırılmasıdır. Belə ki, konfederasiyanın prezident seçkiləri 2027-ci ildə keçiriləcək.
Seçilən şəxslər 2028-ci il yanvarın 1-dən vəzifələrinin icrasına başlayacaq və 2032-ci ilə qədər fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Asiya Kuboku 2027-ci il yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçiriləcək. Turnirdə 24 milli komanda mübarizə aparacaq.
Bizim.Media