Zəngəzur dəhlizi Ermənistanda gizli müzakirə olundu – Rəsmilər arasında FİKİR AYRILIĞI

Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi” 12 iyul tarixində Gorus şəhərində keçirdiyi qapalı siyasi iclasda Azərbaycanı Naxçıvanla birləşdirən yolun – Zəngəzur dəhlizinin verilməsi məsələsini müzakirə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı, xüsusilə “Joxovurd” qəzeti partiya daxilindəki mənbələrə istinadla məlumat yayıb.

Qapalı keçirilən iclasa mətbuat buraxılmayıb, müzakirələr tamamilə gizli formatda aparılıb.

İddialara görə, görüş zamanı Baş nazir Nikol Paşinyanın əhvalı olduqca gərgin olub. Partiya üzvləri qeyd ediblər ki, Paşinyanın son zamanlar Türkiyə, BƏƏ və Belçikaya etdiyi səfərlər ona ümid etdiyi nəticələri gətirməyib və bu səbəbdən də görüşdəki çıxışı inamsız və ehtiyatlı səslənib.
 

Mənbələr bildiriblər ki, Zəngəzur mahalından (Sünik vilayəti) Naxçıvana keçəcək dəhlizin verilməsi ilə bağlı hökumət daxilində ciddi fikir ayrılığı var. Bir tərəf bu addımı regionda sülh prosesinin ayrılmaz hissəsi kimi görsə də, digərləri bunu Ermənistanın suverenliyinə təhlükə hesab edir.


Qeyd edək ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını 2020-ci il 10 noyabr Bəyanatının tələbləri əsasında tələb edir. Bakı bu dəhlizin maneəsiz və təhlükəsiz keçid hüququ ilə açılmasını istədiyini dəfələrlə bəyan edib.

Paşinyan hökumətinin bu məsələni ictimaiyyətdən gizli şəkildə müzakirə etməsi isə Ermənistan daxilində ictimai və siyasi narahatlıq doğurur, xüsusilə də müxalifət və Sünik əhalisi arasında.

Bu hadisə bir daha göstərir ki, Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı geosiyasi təzyiqlər və daxili təlatümlər arasında balans axtarışındadır. Azərbaycanın, Türkiyənin və Qərbin bu məsələ ilə bağlı mövqeyi isə rəsmi İrəvanın addımlarını ciddi şəkildə müəyyən edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bakıdakı UFC turniri START götürdü

Bakıdakı UFC turniri START götürdü

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda boğazı kəsilən gənc oğlan hotelə gələrək kömək istəyib

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Bakıda moped və motosiklet sürücülərinə qarşı REYD – FOTO/VİDEO

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Hərbi xidmət yaşının 30-a endirilməsi dövlət xərclərini azaldıb - Xidmət rəisi

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin durumu barədə AÇIQLAMA

End of content

No more pages to load

RADİO