Paşinyanın son xilas planı da İFLASA UĞRADI – Ermənistan böyük fəlakətin ASTANASINDA

Ermənistanın baş naziri Nikol Paşinyanın daha bir cəhdi iflasa uğramaq üzrədir. Onun Zəngəzur dəhlizinə “alternativ” kimi təqdim etməyə çalışdığı “Dünyanın kəsişməsi” layihəsi suya düşür.

Nəzərə alaq ki, erməni ekspertlər bir çox hallarda bu layihəni konteksdən çıxararaq “Sülhün kəsişməsi” adlandırırdılar. Guya ki, Ermənistan dünyada sülhün kəsişdiyi yerdir.

Əslində isə Ermənistan bu layihə ilə Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizinə alternativ bir kommunikasiya xətti təklif edirdi. Guya ki, Bəndər-Abbasdan başlayan bu yol Mehridən keçməklə Gürcüstana qədər uzanacaqdı. Gürcüstandan isə bu yol həm Şimala, həm də Qərbə şaxələnəcəkdi.

Əslində Paşinyan Zəngəzur dəhlizinə görə beynəlxalq təzyiqlərdən xilas üçün bu layihəni ortaya atmışdı. Lakin erməni baş nazir bir məsələni unudurdu ki, beynəlxalq aləm populizmin yox, reallıqların arxasınca gedir.

“Dünyanın kəsişməsi”nə nə oldu?

Bir neçə gün əvvəl Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bəyan edib ki, “Dünyanın kəsişməsi” nin yaxın 10 ildə reallaşması mümkün deyil. Nazirliyin rəsmisi Ermənistan hökumətin iclasında bildirib ki, bu yolun inşası xeyli ləngiyir:
 

“Sisian-Kacaran avtomobil yolunun Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin İran sərhədinə qədər olan 60 kilometrlik hissəsinin tikintisini həyata keçirən yol inşaatçıları qrafikdən xeyli geri qalıb və magistralın tamamlanması üçün yeni tarix müəyyənləşdiriblər”.


Nazirliyin əməkdaşı David Xudatyan hökumətin iclasında bildirib ki, magistral ən yaxşı halda 2033-cü ilin noyabrına qədər tikilə bilər.

Halbuki, Ermənistan höküməti daha əvvəl yolun 2031-ci ilin sonuna qədər tamamlanacağını bəyan etmişdi.

Söhbət hansı yoldan gedir?

Maraqlıdır ki, söhbət İranla sərhəddən Ermənistanın içərilərinə doğru uzanacaq 60 kilometrlik yoldan gedir. Yolun şimal hissəsinin uzunluğu körpü və tunellər də daxil olmaqla 27,1 kilometrdir.  33 kilometrlik cənub hissəsində xeyli texniki qurğular inşa edilməlidir. Amma bu qədər qısa yolun tikintisi bilinməyən səbəblərə görə uzanır. Belə görünür ki, Ermənistan 60 kilometrlik yolu heç 60 ilə tikə bilməyəcək.

Nəzərə alaq ki, bu yolun tikintisi üçün Ermənistan hökuməti beynəlxalq maliyyə institutlarından böyük ölçüdə kredit götürüb. Belə ki, ümumi dəyəri 335 milyon avro olan yolun əsas maliyyəçisi Asiya İnkişaf Bankıdır. AİB bu məqsədlə 236 milyon avro vəsait ayırıb. Yerdə qalan 10 milyonu isə Ermənistan hökuməti öz cibindən xərcləməlidir.

Pul varsa, tikinti niyə ləngiyir?

Burada 2 versiya var. Birinci versiya ondan ibarətdir ki, Paşinyan hökuməti AİB-nin 236 milyon avroluq vəsaitini büdcə xərclərinə sərf edib. Ona görə də tikintini aparmaq üçün vəsait qalmayıb.

Digər və əsas versiya isə ondan ibarətdir ki, Ermənistanda bu layihənin perspektivinə heç kim inanmır. Çətin relyefə malik ərazidən keçməsi planlaşdırılan “Dünyanın kəsişməsi” iqtisadi cəhətdən heç bir ölkə üçün maraqlı deyil. Axı, region ölkələri, üstəlik Avropa İttifaqı və Çin Zəngəzur dəhlizinə daha çox “stavka” edir.

Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 12-də Zəngəzur dəhlizindən böyük təəssüflə danışıb.  O, etiraf edib ki, bizə sağ qalmaq yox, yaşamaq lazımdır:

"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya gətirəcək".

Bu etirafdan 10 gün sonra Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsinin sonsuza qədər uzanacağı barədə etirafı bir daha sübut edir ki, Paşinyanın komandası çıxılmaz vəziyyətə düşüb.  

Azərbaycan-İran ortaq layihəsi

Nəzərə alaq ki, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev bir müddət əvvəl ölkəmizə səfərə gələn İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirəcək Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baş çəkiblər.

Onlar Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolunun tikintisinə birgə baxış keçiriblər. Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.

Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.

Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.

Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.

Bu körpü Azərbaycanın əsas ərazisi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən ən qısa yol olacaq. Körpü Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən ən əlverişli marşrut olacaq.

İrəvan təşvişdə

Paşinyanın və Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin son açıqlamaları İrəvanın ciddi təşvişdə olduğunu göstərir. Paşinyan və onun komandası gec də olsa, anlayıblar ki, Ermənistan öz bəsit ambisiyaları və xarici oyunçuların təhriki ilə növbəti dəfə qlobal beynəlxalq layihədən kənarda qalır. Bu isə Ermənistan üçün iqtisadi fəlakətdir.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO