Ermənistanın faşizm SİYASƏTİ – Erməni liderlərinin cinayət ETİRAFLARI – ARAŞDIRMA

Ermənistanın hər zaman faşizm siyasəti ilə idarə olunması heç kimə sirr deyil. Belə ki, erməni xalqının azərbaycanlılara qarşı patoloji nifrəti özünü rəsmi İrəvanın siyasətində də açıq şəkildə büruzə verib. Bunun nəticəsidir ki, əvvəlki dövrlərdə Ermənistana rəhbərlik etmiş şəxslər xalqımıza qarşı qatı cinayətlər törədiblər. Onlar bu cinayətlərini gizlətməyə belə ehtiyac görməyiblər. Hətta çıxışlarında, açıqlamalarında törətdikləri insanlıq cinayətlərindən fəxrlə bəhs ediblər.

Ter-Petrosyanın ifşa olunan çıxışı

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan uzun illər özünü sülhpərvər, “Qarabağ klanı”na qarşı düşmən kimi göstərsə də, bir neçə gün öncə onun əsl siması üzə çıxdı. Belə ki, tanınmış videobloqer Albert İsakov özünün "YouTube" kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin silahlandırdığı Ermənistan yeni müharibəyə HAZIRLAŞIR? – Laçındakı təxribatların PƏRDƏARXASI


Ter-Petrosyan həmin çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:

"Təsəvvür edin ki, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik.

Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Basarkeçər, Zəngibasar və Amasiya.

Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər.

Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Qarabağ, o cümlədən, digər torpaqlar ermənilərin əlindədir".

Ermənistanın birinci prezidenti onu da etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub.

Köçəryanın cinayətləri

Xocalı cəlladı, Ermənistana 10 il rəhbərlik etmiş Robert Köçəryanın I Qarabağ Müharibəsində törətdiyi insanlıq cinayətlərini saymaqla bitirmək olmaz. Köçəryanın I Qarabağ Müharibəsində iştirakı, dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlar da heç kimə sirr deyil. Məsələ burasındadır ki, Köçəryan öz çirkin əməllərini gizlətməyə belə ehtiyac duymayıb. O, hətta bir neçə il əvvəl “Həyat və azadlıq” adlı kitab da qələmə alıb və öz cinayətlərindən fəxrlə bəhs edib. Özü də sözügedən kitab rus dilində yazılıb. Yəni Köçəryan öz “qəhrəmanlıq”larının daha geniş auditoriyaya çatdırılmasını hədəfləyib.

Həmin kitabda sabiq-prezident Kəlbəcərin və Ağdamın hansı məqsədlə işğal edildiyini açıqlayıb:

“Bizim Ağdama hücum etməkdən başqa yolumuz yox idi, çünki beynəlxalq birlik Kəlbəcərə görə bizə təzyiq edirdi. Kəlbəcər isə Laçından sonra Ermənistanla əlaqə saxlamaq üçün bizə hava-su kimi lazım idi”.

Robert Köçəryan faşist görüşlərini 2003-cü il yanvarın 16-da Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında etdiyi çıxışında açıq şəkildə ifadə edib. O, həmin çıxışında “ermənilərlə azərbaycanlıların genetik cəhətdən uyğunsuz olduğunu” bildirmişdi.

Bundan əlavə, Robert Köçəryan Ermənistan prezidenti olarkən Avropa Şurasının mötəbər kürsüsündən dünya ictimaiyyətinə xitabən Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakından fəxr duyduğunu bildirib.

Sarkisyanın Xocalı etirafı

Köçəryanın silahdaşı olmuş Serj Sarkisyan da öz cinayətlərinə görə nəinki sələfindən geri qalmır, hətta ondan daha çirkin əməllərə imza atıb. Əvvəla, onu qeyd edək, Serj Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Bu isə o deməkdir ki, I Qarabağ müharibəsində erməni terrorçularının törətdiyi bütün cinayətlərin birbaşa məsuliyyəti Sarkisyanın üzərinə düşür.

Bundan əlavə, Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib.

Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sərkisyan da dəhşətli cinayətlərdə əli olduğunu 2019-cu ildə “BBC”-yə müsahibəsində etiraf etmişdi:

“Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.

Sarkisyan prezidentliyi dövründə Avropa tribunasında Azərbaycanı müharibə ilə də təhdid edib. Belə ki, 2013-cü ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında sabiq prezident qeyd edib ki, Azərbaycan müharibə ilə bağlı fikirlər səsləndirməkdən imtina etməlidir:

“Yeni müharibə olarsa, 20 faiz deyil, 25 faiz və hətta artıq ərazinizi itirəcəksiniz”

Paşinyan da süddən çıxmış ağ qaşıq deyil...

Birinci Qarabağ müharibəsində bu və ya digər formada iştirak etməsə də, Paşinyan da 2020-ci ildən əvvəlki çıxışlarında əsl simasını göstərib. Nikol 2019-cu il mayın 9-da Şuşada çıxardığı oyunlar hər birimizin yaxşı yadındadır. O, Cıdır düzündə içkili yallı gedərək hansı məzhəbə qulluq etdiyini nümayiş etdirmişdi.

Üstəlik, Paşinyan həmin ilin avqustunda Ümumerməni Oyunların keçirilməsiylə bağlı Xankəndinə gələrək orada hətta Köçəryan və Sarkisyanın belə dilə gətirmədiyi fikirlər səsləndirdi. Ermənistan Baş naziri “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini faktiki olaraq sonlandırdı.

Göründüyü kimi, Ermənistanın faşist dövlət olmasını sübut etmək üçün əlavə faktlara, dəlillərə baş vurmağa ehtiyac yoxdur. Bu ölkəyə rəhbərlik etmiş şəxslərin çıxışları, etirafları hər şeyi ortaya qoyur.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

Kürdəmirdəki toyda kütləvi zəhərlənmə ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İlham Əliyevdən Çin liderinə MƏKTUB

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Çini və Nigeriyanı təbrik etdi – FOTO

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO