Erməni bloqerdən ETİRAF: “Mina terrorunun günahkarları İrəvandadır” – EKSKLÜZİV

“Kazandakı BRİCS sammiti göstərdi ki, regionumuz ətrafında reallıqlar dəyişib və əvvəllər heç kimin proqnozlaşdıra bilmədiyi imkanlar yaranıb. Sammit bir çox proseslərin inkişafı üçün bir növ katalizator rolunu oynadı və görünür, sülh prosesi də bu siyahıdadır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış erməni jurnalist, sülh fəalı Natali Aleksanyan deyib.

Bakının yaxın günlərdə keçiriləcək COP29-a Paşinyanın da qatılması gözlənilir ki, Aleksanyan bunu sülh üçün mühüm addım hesab edir:

“Mən çox istərdim ki, Ermənistan lideri COP29-da iştirak etsin. Əminəm ki, COP29 Qlobal İqlim Konfransının regionun qabaqcıl inkişafının müzakirəsində platformaya çevrilmək üçün hər cür şansı var. Mən konfransın Ermənistanın iştirakı olmadan keçirilməsini istəməzdim. Bununla belə, görünür, baş nazir Paşinyanın Bakıya səfərinə mane ola biləcək bəzi aktual ikitərəfli məsələlər hələ də var, ona görə də nümayəndə heyətinin tərkibi ilə bağlı qərarı hökumət özü verəcək”.

Aleksanyan Paşinyanın COP29-da iştirakını gələcək əlaqələr üçün mühüm komponent hesab edir:

“Konfrans çərçivəsində sülh müqaviləsi imzalanmaya bilər, lakin mən əminəm ki, COP29-dan sonra gələcək yolumuz – sülh, hörmət və qarşılıqlı fayda yolu bizə aydın olacaq.

Bundan əlavə, yenidən gündəmə gələn mina sahəsi xəritələri mövzusuna münasibət bildirmək istərdim. Həll olunmamış problemlər kontekstində qeyd etdiyim hallardan biri də mina sahələridir. Bilirəm ki, bu minalanmış ərazilər bu günə qədər insanları öldürməkdə davam edir və inanıram ki, buna son qoyulmalıdır”, - deyə N.Aleksanyan bildirib.
 

“Azərbaycan Ermənistandan hərbi cinayətkarların ekstradisiyasını tələb etsə, yaxşı olar”


Erməni jurnalist əlavə edib ki, Ermənistan rəhbərliyinin COP29-da iştirakı həm Bakının, həm də İrəvanın maraqları üçün vacib nailiyyətlərlə yadda qala bilər:

“Mina terroru davam edir. Bunu edən adamlar İrəvandadırlar. Hesab edirəm ki, COP29-da tərəflər arasında qarşılıqlı fəaliyyət çərçivəsində Azərbaycan tərəfi cinayətdə şübhəli bildiyi şəxslərin ekstradisiyasını rəsmi şəkildə tələb etsə, yaxşı olardı. Ermənistan belə bir bəyanata uyğun addımlar atmağı düşünə bilər”, - deyə erməni jurnalist əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR - VİDEO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR - VİDEO

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

End of content

No more pages to load

RADİO