Erməni məmurun Rusiyada rüşvət qalmaqalı - TƏFƏRRÜAT

Sankt-Peterburqun Kuybışevsk məhkəməsi şəhərin keçmiş qubernator müavini, milliyətcə erməni olan Marat Oqanesyanı Krestovsk adasındakı stadionun inşası zamanı rüşvət almaqda günahkar hesab edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

Mənbə yazır ki, hakim Yekaterina Botançova cəzanın sərt rejim koloniyasında çəkilməsi şərti ilə ona beş il altı ay həbs cəzası təyin edib.

Oqanesyana həm də cərimə kəsilib.

Sankt-Peterburqun keçmiş qubernator müavini Oqanesyan 2016-cı ilin noyabrında tutularaq həbs edilib. İstintaqa görə, o, "TDM" səhmdar cəmiyyətinin stadionun tikintisinə subpodratçı kimi qanunsuz cəlb olunmasını təmin edib, nəticədə 2014-cü ildə tədarük barədə müqavilə bağlanarkən video lövhələrin alınması zamanı 50 milyon rubldan çox pul oğurlanıb. Bundan Oqanesyana ən azı 28 milyon rubl çatıb.

İşin materiallarından belə çıxır ki, Sankt-Peterburq İnşaat Komitəsi sədrinin keçmiş birinci müavini Aleksandr Yançik avans ödənişlərinin "TDM"nin hesabına köçürülməsini təsdiqləyib. Ayrıca "TDM"ə rəhbərlik edən Qriqori Popovun (bundan əvvəl Aleksandrinsk Teatrının direktoru vəzifəsində çalışıb) və şirkətin üç işçisinin pulun oğurlanmasında iştirakı olub.
 

Oqanesyanın məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağladığı üçün işi ayrı bir icraata ayrılıb. O, günahını tamamilə etiraf edib, digər cinayətlər barədə ifadə verib və ona dəymiş ziyanın ödənilməsi üçün addımlar atıb.


2018-ci ilin yayında Oqanesyanın işi məhkəmədən prosessual pozuntuların aradan qaldırılması üçün prokurorluğa qaytarılıb.

Bu mərhələdə istintaqla əməkdaşlıq edən Oqanesyana, xüsusilə böyük miqyasda rüşvət almaq maddəsi ilə başqa bir cinayət epizodu əlavə edilib.

O, ittihamın bu epizodu ilə razılaşmayıb və istintaqla əməkdaşlıq haqqında əvvəllər bağlanmış razılaşmaya xitam verib. İndi Oqanesyan ittihamın heç bir hissəsini qəbul etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

Mirzoyan: ““Tramp marşrutu” ilə bu yüklər daşınmayacaq”

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Şəkidə mediatur: Tarixi məkanlar, sənətkarlıq nümunələri - FOTO

Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

Ayxan Abbasovdan U-15 millisinə dəstək - FOTO

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

Aİ-nin planına ZİDD ADDIM: Slovakiya 4 il sonra Rusiya ilə masaya oturur

26 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü

26 yaşlı azərbaycanlı Türkiyədə faciəvi şəkildə öldü

İki avtobusun hərəkəti DƏYİŞDİRİLDİ

İki avtobusun hərəkəti DƏYİŞDİRİLDİ

General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”

General Hoces Trampı ittiham etdi: “Rusiyanın maraqları naminə Ukraynanı zəiflətməyə çalışır”

Mask "Tesla" və "SpaceX"i vahid meqaşirkətdə birləşdirmək istəyir - Dəyəri 3,5 trilyon dollar olacaq

Mask "Tesla" və "SpaceX"i vahid meqaşirkətdə birləşdirmək istəyir - Dəyəri 3,5 trilyon dollar olacaq

Rusiyalı jurnalistin mənzilində axtarış aparılır – ÖZÜ XARİCDƏDİR

Rusiyalı jurnalistin mənzilində axtarış aparılır – ÖZÜ XARİCDƏDİR

İsrail vətəndaşı sosial şəbəkədə Zelenskiyə "like" qoydu, Rusiyaya buraxılmadı

İsrail vətəndaşı sosial şəbəkədə Zelenskiyə "like" qoydu, Rusiyaya buraxılmadı

Kirayəçilərə vacib XƏBƏRDARLIQ - Bakıda bu problemlə üzləşə bilərsiniz

Kirayəçilərə vacib XƏBƏRDARLIQ - Bakıda bu problemlə üzləşə bilərsiniz

Bakıda autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanıldı – DİN-dən AÇIQLAMA

Bakıda autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanıldı – DİN-dən AÇIQLAMA

Ulduz falı: 22 oktyabr, 2026-cı il

Ulduz falı: 22 oktyabr, 2026-cı il

Rusiya üçtərəfli formatda danışıqları bərpa etməyə RAZILAŞDI

Rusiya üçtərəfli formatda danışıqları bərpa etməyə RAZILAŞDI

“Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto

“Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto

Şəmkirdə 600 min manat kapitalla yeni şirkət yaradılıb

Şəmkirdə 600 min manat kapitalla yeni şirkət yaradılıb

Türkiyə öz hərbçilərini Səudiyyə Ərəbistanına göndərir?

Türkiyə öz hərbçilərini Səudiyyə Ərəbistanına göndərir?

End of content

No more pages to load

RADİO