İrəvan və havadarlarına XƏBƏRDARLIQ – Ermənistanın gərginliyi artırması nə ilə YEKUNLAŞACAQ?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı növbəti dəfə Ermənistan və onu silahlandıranlara xəbərdarlıq edib: 

"Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir".

Azərbaycanın şərtlərinin yerində qaldığını xatırladan dövlətimizin başçısı qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda bu gün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı sənəd MÜZAKİRƏ EDİLƏCƏK


“Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu da ləğv olunmalıdır”.

Beləliklə, Azərbaycan Prezidenti növbəti dəfə Ermənistan və onu silahlandıranlara xəbərdarlıq edib. 

Aydın məsələdir ki, işğalçılıq siyasəti yürüdən  Ermənistanın silahlandırılması onu yenidən təcavüzkarlıq kursunu davam etdirməyə sövq edə bilər. Belədə ABŞ, Fransa kimi ölkələrin Ermənistana münasibətdə tutduğu mövqe onu göstərir ki, Qərb də İrəvanın gərginliyi artırmasında maraqlıdır. 

Bu proseslər fonunda regionumuzu nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Azərbaycan Prezidenti VII Milli Məclisin açılış iclasında bir sıra mühüm məsələlərə toxunaraq, milli vəzifələrimiz sırasında ilk növbədə ölkəmizin hərbi təhlükəsizlik məsələsini önə çəkdi: 

“Bu da səbəbsiz deyil. Çünki müharibənin 4 ildir başa çatmasına baxmayaraq, hələ də Ermənistanla Azərbaycan arasında sülh əldə olunmayıb. Bu isə o deməkdir ki, hələ də Ermənistanla müharibə vəziyyətindəyik”. 

Deputat qeyd edir ki, Ermənistanın son dövrdəki davranışı, sürətlə silahlandırılması Azərbaycana öz təhlükəsizlik tədbirlərini artırmağı diktə edir: 

“Hansı ki, bu da Azərbaycan Prezidentinin parlamentdəki nitqində öz əksini tapdı. Yaşadığımız dünya hazırda müharibələr mərhələsindən keçməkdədir. Azərbaycan da müharibə mərhələsini yenicə keçib. Əslində Azərbaycan Prezidenti təhlükəsizlikdən danışarkən hələ də ölkəmizin yaratdığı reallıqların bəzi ölkələr tərəfindən qəbul edilməməsi məsələsinə toxunub. Bu da Azərbaycanın suverenliyinə şübhə ilə baxan ölkələri müharibəyə motivasiya edən səbəb və beynəlxalq hüququ qəbul etmədiklərinin göstəricisidir. Belə olanda isə hüquqsuzluq və təzyiq nəticə etibarı ilə gərginliyi daha da artırır”.

“Azərbaycanın yeganə yolu hərbi gücünü artırmaqdır”

H. Babaoğlu hesab edir ki, Azərbaycan Prezidenti təhlükəsizlik məsələsini həm hərbi-sənayenin yaradılması, həm də dünya silah bazarında ölkəmizin gələcəkdə müəyyən mövqe tutması kontekstində önə sürüb: 

“Dövlət başçısı bunu həm hərbi sənayenin inkişafı, həm də iqtisadiyyata dividend gətirən mühüm faktor kimi qeyd etdi. Çünki hərbi və siyasi güc mütləq iqtisadi güclə tamamlanmalıdır. Ona gör də regionun hazırkı gərgin vəziyyətində Azərbaycanın yeganə yolu hərbi gücünü artırmaq və təhlükəsizliyi təmin etməkdir. Azərbaycan Prezidenti də bir nömrəli vəzifə kimi bunları müəyyənləşdirdi”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

4752 ədəd kosmetik vasitəni gömrükdən keçirmək istədilər – QARŞISI ALINDI

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT – 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Bu şəxslər maaşdan əlavə pul alacaq

Bu şəxslər maaşdan əlavə pul alacaq

Narkotik testinin nəticəsi məlum oldu

Narkotik testinin nəticəsi məlum oldu

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Rusiyada iki təyyarə avtomobil yoluna məcburi eniş etdi - VİDEO

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başladı – RƏSMİ

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Gəncə məktəbində zəhərlənən şagirdlərin son DURUMU

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib - VİDEO

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib - VİDEO

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

“Sovetski”də meyit aşkarlandı

“Sovetski”də meyit aşkarlandı

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

End of content

No more pages to load

RADİO