Üç prezident bir baş nazirə işləyir - Paşinyan böhranı fürsətə çevirə biləcəkmi?

Ermənistanda 20 iyun seçkiləri öncəsində vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Nəticəsi bir çox reallıqlar yarada biləcək seçkilər tək Ermənistanda deyil bütün bölgədə maraqla izlənilir.

Seçki öncəsi namizədlərdən heç birinin kompromisə getmək niyyətində olmadığı görünür. Eyni havanı çalıb, eyni gücə arxalanan tərəflər belə ortaq maraqları heçə sayaraq  qeyri-rasional düşünməyə davam edirlər.

Xüsusilə də, bu sözləri keçmiş Ermənistan prezidentləri və minlərlə günahsız insanın qatilləri olan Serj Sarkisyan və Robert Köçəryana aid etmək daha doğru olar. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü - "Çiçəklənən Ermənistan" fraksiyası iclasa gəlmədi


Ermənistanda revanşist ideyaların əsas sözcüləri sayılan “Qarabağ klanı”nın nümayəndələri olan bu iki həmyerli  heç cür eyni nöqtədə birləşmək istəmirlər. Rəsmi Moskvanın Ermənistan filialının nümayəndələri adlandıra biləcəyimiz bu iki terrorçunun fikirlərində fərqliliklər mövcuddur. Köçəryan daha sərt mövqedən çıxış etdiyi halda, Sarkisyan bir qədər yumşaq siyasət yürüdür. 

Erməni xalqı isə Köçəryana Sarkisyandan daha çox dəstək nümayiş etdirir. Qatı faşist ideologiyanın nümayəndələrinin heç də az olmadığı ölkədə bu cür düşüncənin daha çox qabardılmasında isə təəccüblü heç nə yoxdur.

Digər tərəfdən isə bu parçalanma seçkiqabağı istefaya gedən baş nazir Nikol Paşinyanın işinə yaramaqdadır. “Siz savaşa, mən tamaşa” düşüncəsi ilə hərəkət edən son baş nazir üçün vəziyyətin bu cür davam etməsi tam məqsədəuyğunudur.

Etirazçılarının iki qrupa bölünməsi səslərin də bölünməsi deməkdir. Bu isə Paşinyanın qələbəsini xeyli asanlaşdıracaq.

Hal-hazırda gündəmdə qalmağa çalışan digər aktor isə Levon Ter-Petrosyandır. Paşinyanın mənəvi dəstəkçisi hesab olunan Ermənistanın birinci prezdentinin hansı istiqamətdə hərəkət edəcəyi bəlli deyil.

Qarabağ məğlubiyyətinin ardından Paşinyanın istefasını tələb edən Ter-Petrosyan, gah da Paşinyanın etməyə çalışdığı kimi Azərbaycanla iqtisadi əlaqələrin çoxdan bərpasının vacib olduğunu bildirir. Gah da öz xələflərinə birləşərək Paşinyana qarşı birgə mübarizə aparmağın lazım olduğunu səsləndirir.
 

Onlarsa birləşməyəcək, heç Ter-Petrosiyanın da çağırışı birlik üçün deyil, çünki onun bu kartdan istifadə etməsinin özü qıcıq doğurur. Çünki Levon bu kartı çox istifadə edib, bu nimdaş kartı arxadan belə oxumaq mümkündür.


Ermənistan cəmiyyətindəki birliyi isə Azərbaycan “gorbagor” edib, 44 günlük müharibənin nəticələri bu ölkəni məhvərindən oynadıb.

Ölkə daxilindəki “xəyanət işləri”, bir-birini suçlama halları təxminən 1992-ci illərin Azərbaycanını xatırladır. Ermənilər 29 il öncəki xülyalarında zamandan çox geridə qalıblar. 

Erməni müxalifətinin bu cür parçalanması və keçmiş üç prezidentin dil tapa bilməməsi isə Paşinyanın işinə yarayır. Səslər nə qədər çox parçalansa, seçkilər, az da olsa güclü görünən, Paşinyan tərəfdarlarının qələbəsi ilə sonuclana bilər. 

Proseslərin gedişini və Ermənistandan xaric qüvvəlırin seçkiyə təsir imkanlarını da nəzərə alsaq, vəziyyət o qədər də pis deyil. Yəni, Nikol fovaritdir. Təbii ki, bunu belə istəyirlər...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Derbidə üz tanıma sistemindən istifadə ediləcək

Derbidə üz tanıma sistemindən istifadə ediləcək

Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

“28 Mall”ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub

“28 Mall”ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub

"Regional Su Meliorasiya"ya yeni icraçı direktor TƏYİN OLUNDU

"Regional Su Meliorasiya"ya yeni icraçı direktor TƏYİN OLUNDU

ABŞ İrana bağlı 5 fiziki şəxsə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 5 fiziki şəxsə sanksiya TƏTBİQ ETDİ

"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - VİDEO

"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİLƏR var

“Fənərbağça”da CİDDİ İTKİLƏR var

Çində qeyri-adi İXTİRA: Superqəhrəman robot – VİDEO

Çində qeyri-adi İXTİRA: Superqəhrəman robot – VİDEO

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

"Barselona" UEFA-ya ŞİKAYƏT ETDİ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Uşaq onkologiyası ilə mübarizə: Leyla Əliyevadan beynəlxalq əməkdaşlıq çağırışı - FOTO

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Paytaxtın 25 istiqamətində TIXAC VAR

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

Ukrayna ilə bağlı üçtərəfli danışıqlar bu tarixdə Əbu-Dabidə KEÇİRİLƏCƏK

End of content

No more pages to load

RADİO