Qərbin İKİÜZLÜLÜYÜ – Ermənistanın Rusiyaya yardımlarına niyə GÖZ YUMULUR?

Qərb, böyük ölçüdə ABŞ-ın özü də digər ölkələrə münasibətdə ikiüzlü siyasət yürütməkdə davam edir. ABŞ sanksiya altında olan malların Ermənistan vasitəsilə Rusiyaya daşınmasını rəsmi olaraq dəfələrlə etiraf edib. Ancaq buna baxmayaraq, Vaşinqton İrəvanın bu hərəkətinə göz yumur. Göz yumması bir yana, Ağ Evdə İrəvanla əməkdaşlığın inkişaf etdiriləcəyini vurğulayırlar.

İkiüzlülüyün növbəti etirafı

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatın Xarici Əlaqələr Komitəsinin Regional və Təhlükəsizlik Əməkdaşlığı Alt Komitəsində "Avropanın Gələcəyi" barədə dinləmələr zamanı sualları cavablandırarkən də bu məsələyə işarə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin “ikinci cəbhə” PLANI – Gürcüstanda terror aktları PLANLAŞDIRILIR?


“Bu həftənin sonunda bir neçə min rus əsgərinin, Ermənistanı tərk etməsi tələb olunan vaxt gəlib çatır və bu məsələ bir sıra səbəblərə görə həqiqətən əhəmiyyətlidir. Xüsusilə də beynəlxalq hava limanına (Rusiya) nəzarət etdiyi üçün sanksiyalardan yayınma və qaçaqmalçılıq məhz burada baş verir. Beləliklə, biz görəcəyik ki, Rusiya həqiqətən Ermənistanın istədiyi münasibətləri qura bilməsi üçün Ermənistanın suveren istəklərinə əməl etməyə hazırdırmı".

Buna rəğmən, O'Brayn Ermənistanın Rusiyadan qopması üçün lazımi tədbirlərin görülməsinin vacibliyini də qeyd edib.

Ermənistan Rusiyaya sanksiyadan yayınmağa necə kömək edir?

2022-ci ildə Ermənistanın ixracı 78%, idxalı isə 63.5% artıb. Bu dövrdə Rusiyaya ixrac 2.4 dəfə artaraq 2.4 milyard dollara çatıb. Buna paralel olaraq 2022-ci ildə Aİ-dən Ermənistana ixrac əvvəlki il ilə müqayisədə 70%-dən çox artıb. Ermənistanın xarici ticarətinin strukturu da onun Rusiyaya məhsulların yenidən ixracında iştirak etdiyini deməyə əsas verir.

Statsitik rəqəmlər göstərir ki, 2022-ci ildə əvvəlki il ilə müqayisədə Ermənistanın elektronika idxalı 2 dəfə, maşın və mexaniki qurğuların idxalı 52%, nəqliyyat vasitətlərinin idxalı 2.7 dəfə, qiymətli metal və daşların idxalı 3 dəfə, dəmir, polad və onlardan hazırlanan məhsulların idxalı 76%, texniki və tibbi avadanlıqların idxalı isə 42% yüksəlib. 2022-ci ildə Ermənistana idxalı kəskin artan 7 məhsul növünün 6-sı 2022-ci ildə Ermənistanın Rusiyaya ən çox ixrac etdiyi 10 məhsul sırasına daxil olub.
 

Analoji durum 2023-cü ildə də davam edib. 2023-cü ildə Ermənistandan Rusiyaya və Belarusa ixrac 3 dəfədən çox artıb. Buna paralel olaraq Aİ ölkələrindən Ermənistana ümumi idxal 93.5%, Almaniyadan idxal 2.3 dəfə, İtaliyadan idxal 70%, Niderlanddan idxal isə 84.4% artıb.


2023-cü ildə də Ermənistanın ən çox ixrac etdiyi ikinci məhsul maşınlar, avadanlıqlar, mexaniki qurğular qrupuna aid olan məhsullar olub. Bu statsitika onu deməyə əsas verir ki, Ermənistan bu məhsul qruplarına aid olan məhsulları müxtəlif ölkələrdən, xüsusilə də Aİ ölkələrindən idxal edərək Rusiyaya yenidən ixrac edir.

Amma buna baxmayaraq, ABŞ Ermənistana münasibətdə sanksiyalar tətbiq etmir. Əksinə görünən odur ki, onunla əlaqələri daha da yüksəltməyi, strateji səviyyəyə çatdırmağı düşünür. 

Qərb niyə ikili standartlardan əl çəkmir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Qərb özünün ikiüzlü siyasətini standarta çevirmək niyyətindədir:

“Onlar xarici siyasətdə ikili standartlardan istifadə etməklə əslində ikiüzlülüyünü hər dəfə təsdiqləmiş olurlar. ABŞ-ın Ermənistana münasibətdə yürütdüyü siyasət fonunda bu reallığı növbəti dəfə görürük. Ukrayna müharibəsilə bağlı olaraq Vaşinqton və kollektiv Qərb Rusiyaya kəskin sanksiyalar tətbiq edib. Bu reallıq fonunda o da məlum olur ki, elə həmin ABŞ Ermənistan vasitəsilə bir çox malların Rusiyaya daşınmasını həyata keçirib.

O da bəllidir ki, ABŞ Ermənistanla münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmaq niyyətindədir. Bununla bağlı müvafiq sənədlər də imzalanıb. Vaşinqton Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq istəyir. Onda Ermənistan vasitəsilə düşmən hesab etdiyi Rusiyaya sanksiyaya düşən malların satılmasına nə ad vermək olar?”

“Həqiqətlər gec-tez üzə çıxır”

Deputatın fikrincə, ABŞ bir sıra hallarda özünü bir formada təqdim edir, amma reallıqda tamamilə başqa bir forma və məzmun daşıyıcısına çevrilir:

“Bu həqiqətlər gec-tez üzə çıxır. Dünya ictimaiyyəti bilmir nəyə inansın. Deyilənlərə və gördüklərinə inansın, yoxsa deyilməyən və görmədiklərinə. Hazırda ikinci tendensiya daha geniş vüsət almağa başlayıb.

Ancaq istənilən halda ABŞ Ermənistana nə qədər dəstək versə də, Azərbaycan güclü dövlətdir və öz müdafiəsini ən yüksək səviyyədə qura bilib. Strateji və tarixi nailiyyətlər qazanmışıq. Güclü müttəfiqlərimiz var. ABŞ-ın özü də Azərbaycanla strateji tərəfdaşdır. Bir çox fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür. Ancaq ölkəmizi narahat edən odur ki, strateji tərəfdaşlar belə hərəkətlər etməməlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Çində belə qarşılandı - VİDEO

Tramp Çində belə qarşılandı - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını təhvil verdi

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Yağıntılar Kür və dağ çaylarına necə təsir edib? – RƏSMİ AÇIQLAMA

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri Bakıda görüşdü - FOTO

Ərdoğan Qazaxıstana səfər edib

Ərdoğan Qazaxıstana səfər edib

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Türkiyədə qarın hündürlüyü yeddi metrə çatdı – Yol bağlandı – FOTO

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Çox adamın evində var – Bu əşyaya 18 min manat təklif edirlər

Levandovski “Barselona”nı tərk edir

Levandovski “Barselona”nı tərk edir

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Diananın bu məktubu hərraca çıxarılacaq - FOTO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Samsun şəhərini su basdı: Yaralananlar var – ANBAAN VİDEO

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Türk siyasətçi Almaniyada baş nazir SEÇİLDİ

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Həsən Əblucun xanımı xəstəxanaya yerləşdirildi

Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

Millimizin üzvünə Polşa klubundan DƏVƏT GƏLDİ

Millimizin üzvünə Polşa klubundan DƏVƏT GƏLDİ

Prezidentdən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı FƏRMAN

Prezidentdən yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri ilə bağlı FƏRMAN

Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

Anbar yanğını ilə bağlı “Birmarket”dən müştərilərinə MÜRACİƏT

End of content

No more pages to load

RADİO