Arayik Arutyunyan şahid qismində dindirildi – Hələlik XANKƏNDİDƏ

Qarabağda qondarma rejimin “başçısı” Arayik Arutyunyan konstitusiya quruluşunun devrilməsi işində şahid qismində dindirilib. Bunu onun özü  “Facebook”da elan edib.

Bizim.Media xəbər verir ki, məlumatı “armeniasputnik.am” saytı yayıb. 

"Prokurorluğun müstəntiqləri tərəfindən Konstitusiya quruluşunun devrilməsi maddəsi ilə başlanan cinayət işində şahid qismində dindirildim. Bu işin əhəmiyyətini nəzərə alaraq qaldırılan suallarla bağlı bütün məlumatları çatdırdım  və müvafiq qaydada məhkəmə prosesində iştirak etməyə hazır olduğumu təsdiqlədim”, - deyə Arutyunyan yazıb.

Arutyunyan ictimai tələbin vacibliyini nəzərə alaraq 44 günlük müharibədə baş verən hadisələrin həqiqi gedişatını, səbəb və nəticələrini müəyyənləşdirmək üçün  yaxın gələcəkdə bəzu sualları cavablandıracağını əlavə edib.

Xatırladaq ki, Qarabağ prokurorluğu 2 mart tarixində konstitusiya quruluşunun devrilməsinə dair cinayət işi başladığını elan etmişdi.

İşə 12 dekabr 2020-ci il tarixdə qondarma rejimin Baş Prokurorluğuna bir sıra ictimai təşkilatlardan cinayətin törədilməsi ilə bağlı məsələ daxil olduqdan sonra başlanılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan və digər şəxslər (David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan) Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib.

Yəqin nə vaxtsa o, Bakıya gətirilib dindiriləcək və Azərbaycan xalqına qarşı etdiyi cinayət əməllərinə görə dəmir barmaqlılar arasına göndəriləcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müharibənin sonu yaxınlaşır? - Zelenskidən danışıqlar AÇIQLAMASI

Müharibənin sonu yaxınlaşır? - Zelenskidən danışıqlar AÇIQLAMASI

"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı

"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı

Oman sahillərində nadir çəhrayı delfin göründü – VİDEO

Oman sahillərində nadir çəhrayı delfin göründü – VİDEO

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış oldu - FOTO

Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış oldu - FOTO

Sayğac var, amma abonent kodu yoxdur - VİDEO

Sayğac var, amma abonent kodu yoxdur - VİDEO

İtaliyada sürücülərin tətili ərzaq istehsalını İFLİC ETDİ - VİDEO

İtaliyada sürücülərin tətili ərzaq istehsalını İFLİC ETDİ - VİDEO

“İran diplomatiyaya daha bir şans verməyə hazırdır” - Əraqçidən ŞƏRT

“İran diplomatiyaya daha bir şans verməyə hazırdır” - Əraqçidən ŞƏRT

Derbidə üz tanıma sistemindən istifadə ediləcək

Derbidə üz tanıma sistemindən istifadə ediləcək

Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

“28 Mall”ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub

“28 Mall”ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub

"Regional Su Meliorasiya"ya yeni icraçı direktor TƏYİN OLUNDU

"Regional Su Meliorasiya"ya yeni icraçı direktor TƏYİN OLUNDU

ABŞ İrana bağlı 5 fiziki şəxsə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 5 fiziki şəxsə sanksiya TƏTBİQ ETDİ

"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - VİDEO

"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİLƏR var

“Fənərbağça”da CİDDİ İTKİLƏR var

Çində qeyri-adi İXTİRA: Superqəhrəman robot – VİDEO

Çində qeyri-adi İXTİRA: Superqəhrəman robot – VİDEO

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

41 yaşında vəfat edən regional mədəniyyət idarəsinin rəisi dəfn edildi - FOTO

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Biləsuvarda 17 yaşlı qızın meyiti TAPILDI

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Səmərqənddə uşaq reabilitasiya mərkəzlərinin fəaliyyəti ilə tanış oldu - FOTO

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

Dünyada minlərlə sayt sıradan çıxa bilər - XƏBƏRDARLIQ

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

25 il əvvəl törədilmiş qətlin üstü açıldı - 50 yaşlı kişi saxlanıldı

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Hər gün yeyib köpdüyümüz zavod ÇÖRƏYİ – Azərbaycandan başqa bütün postsovet ölkələri imtina edib

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Aİ “Starlink”in Ukraynada tam bərpasını TƏLƏB ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ

End of content

No more pages to load

RADİO