Tehrandan İrəvana qardaş JESTİ – Təbrizdə Ermənistan konsulluğu açmaq planının GİZLİNLƏRİ

İran yaxın zamanda Ermənistanın Təbrizdə konsulluq açması üçün hər şeyi edir. Bunu İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahianın İrəvana dünən baş tutan səfəri fonunda səsləndirdiyi fikirlər də təsdiqləyir. Belə ki, o, erməni həmkarı Ararat Mirzoyanla görüşdə Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasına razılıq verildiyini açıqlayıb:

“Biz Ermənistanın Təbrizdəki Baş Konsulluğunun açılmasına Tehranın razılığını bildirdik və ümid edirik ki, yeni ilin qarşıdakı həftələrində erməni həmkarımla birlikdə Baş Konsulluğun rəsmi açılış mərasiminin şahidi olacağıq”.

Qeyd edək ki, hələ bu ilin noyabrın əvvəlində Ermənsitanın XİN rəhbəri A. Mirzoyan parlamentdə çıxışı zamanı İrəvanın Təbriz şəhərində konsulluq açacağını bəyan etmişdi.

Maraqlıdır ki, Tehran İrəvanın Təbrizdə konsulluq açmaq istəyinə dərhal, operativ olaraq müsbət cavab verir. Halbuki, vaxtilə molla rejimi Azərbaycanın Təbrizdə konsulluq açmaqla bağlı müraciətinə yalnız 12 ildən sonra müsbət cavab verib.

“İran heç vaxt bizə qarşı mövqeyini dəyişməyib”

Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Tehran Azərbaycana qarşı müharibədən əvvəlki¸müharibə dönəmində hansı mövqedə idisə, bu gün də həmin mövqedə də dayanır:

“İranın Azərbaycana münasibətdə institutlaşmış bir mövqeyi var. İranın müəyyən qədər susqunluğu fonunda bəzən ictimaiyyətdə çaşqınlıq yaranır ki, bu ölkə Azərbaycana münasibətdə mövqeyini dəyişib. Əslində isə onlar mövqelərini dəyişməyiblər. Azərbaycana qarşı müharibədən əvvəlki¸müharibə dönəmində hansı mövqedə idilərsə, bu gün də həmin mövqedə də dayanırlar. İranın məqsədi Azərbaycan dövlətinin mövcudluğuna son qoyulmasıdır.

Tehranın ermənilərə olan məhəbbəti də məhz bu məqamla bağlı olaraq yaranıb. İran Azərbaycanın düşmənlərilə dostdur. Qafanda konsulluq açmalarını, ərazilərimiz işğaldan azad ediləndə, ölkəmizlə “qırmızı xətlə” danışmalaqlarını unutmamışıq. İlham Əliyev Rəisi ilə görüşən günü İranın Ermənistandakı səfiri anti-Azərbaycan bəyanatı ilə çıxış edib.

Azərbaycan əleyhinə yazılara da son vermirlər.

Yəni İran hər imkanda Azərbaycana qarşıdır. Azərbaycan türkünün paytaxtı olan Təbrizdə bilərəkdən erməni konsulluğunu açmaq gələcəkdə orada müəyyən oyunlar oynamaq baxımından İranın mənafeyinə hesablanmış addımdır. Bu müstəvidə də Tehran İrəvandan istifadə edir”.

Partiya sədri hesab edir ki, Azərbaycan strateji hədəflərini düşünən zaman İranın yaratdığı maneələri diqqətdən kənarda qoymamalıyıq:

“Nə qədər ki, İran mövcuddur, bu ölkə Azərbaycan əleyhinə addımlar atmaqda davam edəcək. İran uzun müddət Azərbaycanın Təbrizdə konsulluq açmaq istəyinə göz yumdu. Tehrandakı səfirliyimizə hücum etdilər. Ermənistanın istəyini isə Tehran rahat şəkildə həyata keçirir, ona nəfəslik verir. İran bununla nəyəsə nail ola bilməyəcək. Sadəcə olaraq, dövlətimiz, Azərbaycan ictimaiyyəti, Güney Azərbaycan insanları da İranın təhlükəli düşmən olduğunu yaddan çıxarmamalıdırlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO