Bu gün AKP-nin qurultayı olacaq - Ərdoğan çıxış edəcək

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.

Bizim.Media "haberler.com" saytına istinadən xəbər verir ki, paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı geniş nitq söyləyəcək.

 

MÖVZU İLƏ BAĞLI:

“Nə edirlər etsinlər, Türkiyəni yıxa bilməyəcəklər” - Ərdoğan


Bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı gözlənilir.

Bundan başqa, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək.

Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvləri ilə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı yeni şəxslərin təmsil olunacağı gözlənilir. Eyni zamanda İdarə Heyətində gənclərin və qadınların sayı artırılacaq.

“Hürriyət”dən Gizem Karakışın xəbərinə görə, İnformasiya və Texnologiya adlı yaradılacaq yeni şöbə partiyanın sosial media fəaliyyətləri ilə məşğul olacaq. 

Bəzi bölmələrin adlarında və strukturlarında dəyişikliklərin planlaşdırıldığı da qeyd olunur.

Nümayəndələrin qurultaya qatılması üçün salonda ağ oturacaqlar, təhlükəsizlik üçün maneələr qoyulub. Qurultay zamanı həkimlərin daxil olduğu pandemiya lövhəsi də xidmət edəcək.

AKP qurultaya 11 partiyaya dəvət göndərdiyi halda, HDP, DEVA və Gələcək Partiyasını dəvət etməyib.

CHP, MHP, İYİ Partiyası, BBP, SP, DP, DSP, Vətən Partiyası, Yenidən Rifah Partiyası, Ana Vətən Partiyası, Azad İş Partiyası qurultaya dəvət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu idman qidaları satışdan yığışdırıldı - FOTO

Bu idman qidaları satışdan yığışdırıldı - FOTO

İran tərəfindən vurulan ABŞ bazalarının SAYI AÇIQLANDI

İran tərəfindən vurulan ABŞ bazalarının SAYI AÇIQLANDI

Ermənistan KTMT-yə yenidən qoşulmaqdan imtina etdi

Ermənistan KTMT-yə yenidən qoşulmaqdan imtina etdi

İrəvan iki OD ARASINDA – Ermənistanın Rusiya və Qərb arasında seçim dilemması

İrəvan iki OD ARASINDA – Ermənistanın Rusiya və Qərb arasında seçim dilemması

Krit adası niyə “qan çanağı”na döndü? - Qeyri-adi təbiət hadisəsi qonşu ölkələrə yayılır – VİDEO

Krit adası niyə “qan çanağı”na döndü? - Qeyri-adi təbiət hadisəsi qonşu ölkələrə yayılır – VİDEO

Ödənişli yolda “Bentley” ilə qəza törətdi, kəmər həyatını xilas etdi - VİDEO

Ödənişli yolda “Bentley” ilə qəza törətdi, kəmər həyatını xilas etdi - VİDEO

Abituriyentlərin NƏZƏRİNƏ - Mayın 10-da...

Abituriyentlərin NƏZƏRİNƏ - Mayın 10-da...

Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO

Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO

"Barselona"da 11 futbolçu yola salınır - ADLAR

"Barselona"da 11 futbolçu yola salınır - ADLAR

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu tarixdə bərpa olunacaq

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti bu tarixdə bərpa olunacaq

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın SON DURUMU açıqlandı

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın SON DURUMU açıqlandı

Tələbələrdən pul tələb edən Qərbi Kaspi Universitetinin açıqlamasına RƏSMİ REAKSİYA

Tələbələrdən pul tələb edən Qərbi Kaspi Universitetinin açıqlamasına RƏSMİ REAKSİYA

Putin İran münaqişəsində bu həll yolunu dəstəkləyir - Peskov

Putin İran münaqişəsində bu həll yolunu dəstəkləyir - Peskov

Prezident: "Qarabağın bərpasında yenə də qardaş ölkələr bizim yanımızdadır"

Prezident: "Qarabağın bərpasında yenə də qardaş ölkələr bizim yanımızdadır"

Nizami Kino Mərkəzinin binasına ciddi ziyan vuruldu – FOTO

Nizami Kino Mərkəzinin binasına ciddi ziyan vuruldu – FOTO

İlham Əliyev Qırğızıstana səfər edəcək

İlham Əliyev Qırğızıstana səfər edəcək

İrandan Hörmüz boğazı ilə bağlı TƏKLİF

İrandan Hörmüz boğazı ilə bağlı TƏKLİF

İlham Əliyev: "Azərbaycan TDT-nin inkişafına böyük töhfə verir"

İlham Əliyev: "Azərbaycan TDT-nin inkişafına böyük töhfə verir"

Xəzərin Lənkəran sahillərində neft qalıqlarının yayılması ilə bağlı AÇIQLAMA - FOTO

Xəzərin Lənkəran sahillərində neft qalıqlarının yayılması ilə bağlı AÇIQLAMA - FOTO

Özəl klinikalarda ciddi yoxlamalar aparılıb: lisenziyadan kənar fəaliyyət aşkarlanıb

Özəl klinikalarda ciddi yoxlamalar aparılıb: lisenziyadan kənar fəaliyyət aşkarlanıb

“Bir nəfər belə sağ qalmamalıdır” - VİDEO

“Bir nəfər belə sağ qalmamalıdır” - VİDEO

Vəfatından sonra Rasim Balayevin vəzifəsini kim icra edir? - AÇIQLAMA - FOTO

Vəfatından sonra Rasim Balayevin vəzifəsini kim icra edir? - AÇIQLAMA - FOTO

Xərçəng xəstəliyi yaradan İKİ QİDA

Xərçəng xəstəliyi yaradan İKİ QİDA

Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi

Moldova MDB-dən çıxır - Parlament qanun layihəsini birinci oxunuşda təsdiqlədi

End of content

No more pages to load

RADİO