İrəvan iki OD ARASINDA – Ermənistanın Rusiya və Qərb arasında seçim dilemması

Ermənistanda 7 iyun parlament seçkiləri ərəfəsində siyasi gərginlik pik həddə çatıb. Vizual olaraq Ermənistanın ictimai həyatında nisbi sakitlik müşahidə olunsa da mübarizə gizlin aparılır.

Bu gərginlik Ermənistanın gələcəyinə, xüsusilə də Rusiya ilə münasibətlərinə əsaslı şəkildə təsir edir.

Paşinyanın Mosva səfərində baş verənlər
 

Təsadüfi deyil ki, seçki marafonu başlanmazdan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan böyük heyətlə Moskvaya dəvət olunub. Aprelin 1-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın təkbətək və geniş tərkibdə görüşləri keçirilib.



Bu görüş siyasi polemikadan daha çox iki ölkə arasında siyasi hesablaşmanı xatırladıb.

Rusiya lideri açıq şəkildə Ermənistan Baş nazirindən bütün məsələlər üzrə hesabat tələb edib. Onun tələblərini isə təkcə görüş iştirakçıları yox, bütün dünya izləyib.

Halbuki iki ölkə liderləri arasında görüşlərin əsas hissəsi protokola uyğun olaraq mətbuata qapalı keçirilir. Amma bu dəfə ənənə pozuldu. Rusiya lideri uzun müddətdir Moskva tərəfindən irəli sürülən bütün tələbləri milyonların qarşısında Paşinyana bildirdi.

Əslində Putin öz fikirlərini daha çox ultimativ şəkildə ifadə etdi. O, sonda vurğuladı ki, Rusiya-Ermənistan münasibətlərinin perspektivləri bugünkü görüşdə alınacaq qərarlardan asılıdır.

Məsələnin ciddiliyini Paşinyana anlatmaq üçün Putin çıxışına Ermənistanda gözlənilən parlament seçkiləriylə başladı, eyni mövzu ilə də fikirlərini yekunlaşdırdı.

Rusiya Prezidenti seçki öncəsi Ermənistanda siyasi gərginliyin olmasını xüsusilə qeyd etdi. Əlavə etdi ki, biz seçkilərə qarışmırıq:

“Bu Ermənistanın daxili işidir”.

Bununla belə seçki prosesində bütün siyasi qüvvələrə eyni mübarizə şəraitinin yaradılmasını dilə gətirdi.

Xüsusilə vurğuladı ki, seçkilərə qatılacaq qüvvələr arasında Rusiya vətəndaşlığı olan namizədlər də var:

“Həmin namizədlər həm də Rusiyada yaşayan 2 milyona yaxın ermənini təmsil edir. Ona görə də seçkilərin nəticələri Rusiyada yaşayan ermənilər üçün də taleyüklü məsələdir”.

Seçkiöncəsi son vəziyyət

Nəzərə alaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Hələliksə seçki kampaniyasına start verilməyib.

Belə vəziyyətdə Putinin konkret namizədin üzərində dayanması diqqət çəkir.

Yeri gəlmişkən qeyd edək ki, “EVN Report”un sifarişi əsasında sosial elmlər doktorları Rafael Oqanesyan və Nerses Kopalyan tərəfindən Ermənistanda  qarşıdakı seçkilərlə bağlı bu günlərdə sorğu keçirilib.

Aparılan rəy sorğusunun nəticələri göstərir ki, hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 26,1%-lik göstərici ilə siyasi yarışın lideridir. 

Sorğunun ən diqqətçəkən nəticəsi isə rusiyalı milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının qısa müddətdə 11,9% səs toplayaraq ikinci sıraya yüksəlməsidir.

Putinin də qeyd etdiyi Rusiya vətəndaşlığı olan namizəd məhz Samvel Karapetyandır. 

Seçkidə  vətəndaşlıq müəmması

Maraqlıdır ki, digər məsələlərdə Putinin səsləndirdiyi fikirlərə loyal münasibət bəsləyən Paşinyan seçki məsələsində, xüsusilə də Rusiya vətəndaşlığı olan şəxslərin seçkilərə qatılmasına qəti şəkildə qarşı çıxdı.

O bildirdi ki, seçki prosesində yalnız Ermənistan vətəndaşları iştirak edə biləcək:

“Rusiya pasportu daşıyan şəxslər nə parlamentə namizəd ola, nə də baş nazir postuna iddia irəli sürə bilərlər”.

Bu da başadüşüləndir. Çünki bu məsələ birbaşa Paşinyanın siyasi taleyini həll edir. Ona görə də bu məsələdə erməni baş nazirin heç kimə, hətta Rusiyaya belə güzəştə getməyəcəyi hər kəsə məlumdur.

Son görüşdə Rusiya lideri Ermənistanın Qərblə əlaqələrinə xüsusilə toxundu. O, bildirdi ki, Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinə Rusiya normal baxır:

“Bununla belə həm Aİ, həm də Aİİ ilə bərabər səviyyəli iqtisadi münasibətlər qurmaq mümkünsüzdür. Belə olacağı təqdirdə Aİİ ilə on illər boyu qurulmuş əlaqələr pozula bilər. Bundansa ən çox ziyan görən Ermənistan olacaq”.

Putinin mesajları bununla bitmədi...

O, Ermənistanın siyasi hakimiyyətinə Aİ ilə Aİİ arasında seçim etmək mesajını da verdi.

Paşinyana xatırlatdı ki, Ukrayna ilə müharibədən əvvəl Ermənistan Aİ ilə iqtisadi əlaqələri genişləndirmək istəyib:

“Amma onların mövqeyi və istəkləri Rusiyanın maraqları ilə uzlaşmadı”.

Putin Ermənistanın Aİ ilə əməkdaşlığın davam edəcəyi təqdirdə üzləşəcəyi itkiləri də xatırladıb. O qeyd edib ki, Rusiya mavi yanacağı Avropaya 600 dollara, Ermənistana isə 175 dollara satır.

Bununla da, Putin Rusiyanın Ermənistana satılan mavi yanacağın qiymətinə yenidən baxa biləcəyi mesajını verib.

Sonrakı addımsa Rusiya-Ermənistan arasındakı iqtisadi əlaqələrə yeni baxış olacaq:

“2025-ci ildə iki ölkə arasında ticari əlaqələrin həcmi 6,4 milyard dollar olub. Bu da əvvəlki ilə müqayisədə ən azı 40 faiz artım deməkdir”.

Ermənistanın “örtülü bazar” funksiyası

Amma Putin bu rəqəmləri söyləyərkən bir məqamı qəsdən unudub. Belə ki, Ermənistana ixrac edilən məhsullar daha sonra Avropaya ötürülür. Ona görə də son illərdə Rusiya-Ermənistan ticari əlaqələrində böyük fərqlər ortaya çıxıb. Bu barədə son illərdə xarici mətbuatda çox yazılıb.

Qeyd edilib ki, beynəlxalq sanksiyaların zərbəsindən yayınmaq üçün Rusiya Avropa bazarına çıxış üçün üçüncü ölkələrdən istifadə edir.

Həmin ölkələrdən biri və bəlkə də birincisi Ermənistandır.

Bu mənada Rusiya-Ermənistan ticari əlaqəsindəki rekord artımı xüsusilə vurğulamağa ehtiyac yoxdur. Bunu çoxları kimi Paşinyan da yaxşı bilir. Ona görə də o, Putinin səsləndirdiyi rəqəmlərin üzərində dayanmadı.

Ermənistan Qərblə Rusiya arasında qarşıdurma meydanı rolunda

Bununla belə son görüş göstərdi ki, Ermənistan bu gün Rusiya ilə Qərb arasında qarşıdurma paliqonuna çevrilib. Əgər Rusiya ilə Qərb arasında qaynar müharibə Ukraynada gedirsə, soyuq müharibə məhz Ermənistanda aparılır.

Təbii ki, bu mübarizə Ermənistanın iqtisadi cəhətdən inkişafına və siyasi cəhətdən müstəqilliyinə əngəl olur.

Putinlə Paşinyanın son görüşü bir daha sübut etdi ki, Rusiya hələ də Ermənistan üzərində söz sahibliyini qorumaq istəyir. Təbii ki, bu da bölgədə siyasi gərginliyi xeyli artırır.

Azərbaycan nümunəsi

Baş verən proseslər fonunda rəsmi Bakının xarici siyasət kursu diqqət çəkir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bütün güc mərkəzləri ilə münasibətlər qurur.

Bu münasibətlərdə ilk növbədə ölkəmizin milli maraqları prioritet istiqamət kimi müəyyən edilib.

Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu təkcə Azərbaycanın iqtisadi-siyasi qüdrətinin artırılmasına töhfə vermir, həm də regionun rifahına xidmət edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

End of content

No more pages to load

RADİO