“Araik təhlükəni hiss edir, Azərbaycana sığınmağa məcburdur” - Ekspert

Artıq bir neçə gündür ki, erməni mətbuatı Araiklə Azərbaycan rəsmilərinin görüşünün olması barədə məlumat yayıb. Bu məlumat bir çoxları tərəfindən müzakirə olunsa da, Azərbaycan tərəfi rəsmi olaraq mövqe bildirmir. Niyə?

Bizim.Media olaraq yaranmış suala hüquqşünas və siyasi şərhçi Xəyal Bəşirovun cavabını təqdim edirik:

 

MÖVZU İLƏ BAĞLI:

Araiklə görüş olub, yoxsa ifadəsi alınıb?


"Çünki məlumatı erməni mətbuatı yayıb və Azərbaycan dövləti özünün idarəetmə mexanizminə kənar təsirləri yaxın buraxmır. Ermənistan cəmiyyətindən sızan hər təxribat xarakterli xəbərə rəsmi reaksiya verməklə dövlətimizi və cəmiyyətimizi düşmənin informasiya hücumlarından asılı vəziyyətə sala bilərik. Xüsusilə də, hazırki çox həssas postmüharibə dönəmində və informasiya mübarizəsinin gedişatında buna əsla yol vermək olmaz. 

Ancaq həmin məlumata mənim subyektiv yanaşmam bir çoxlarından fərqlidir. Gəlin həmin məlumatı incələyək.

 

Erməni tərəfi iddia edir ki, Araik Arutunyan sülhməramlı korpusun rəhbərinin iştirakı ilə yüksək rütbəli Azərbaycan rəsmisi ilə görüşüb. Onlar bu hadisəni Azərbaycan tərəfinin rəsmi olaraq Araiki tanıması kimi qələmə verməyə çalışırlar. 


Bəs əslində necə olub?! 

İlk olaraq oradan başlayaq ki, Paşinyan hakimiyyətə gələndən Azərbaycana qarşı irəli sürdüyü şərtlərdən biri də, qondarma rejim rəhbərliyinin danışıqlarda tərəf kimi iştirakını tələb etməsi ilə bağlı idi.

Hələ o zamandan Azərbaycan dövləti və Prezident İlham Əliyev birmənalı olaraq bütün şərtlərdən, o cümlədən də, bundan imtina etdi. Elə müharibəni labüd edən əsas faktorlardan biri də, Paşinyanın bu tipli sərsəm şərtləri oldu.

Bu günə qədər, o cümlədən də 44 günlük müharibə dövründə Prezident İlham Əliyev bir dəfə də olsun o cinayətkarı öz adı ilə çağırmadı. Həmişə onu, onun mahiyyətinə uyğun olaraq cinayətkar və xunta rejiminin başçısı adlandırıb.

Dövlət başçımızın bu cür münasibət göstərdiyi şəxslə rəsmilərimizin görüşü ola bilərmi? 

 

Zənnimcə ola bilməz! Olsa da, Ermənistan mətbuatının iddia etdiyi şəkildə deyil! Birinci, həmin şəxs Azərbaycan tərəfindən rəsmi olaraq cinayətkar hesab edildiyinə və bizim ərazimizdə qanunsuz olduğuna görə həbs oluna bilər ki, ifadəsi alınsın. Bu tam real və mümkün olan variantdır.


İkinci isə, terrorçu başı Araik Paşinyanın hakimiyyətinin laxladığını və ciddi təhlükə ilə üz-üzə olduğunu görür. Ermənistanda Şuşanın Azərbaycan tərəfə təhvil verilməsi ilə bağlı yayılan əsassız iddiaların nəticələrindən qorxur. Əvvəlki kimi, əlini qolunu sallayıb Qarabağa gedib qayıda bilmir.

Digər tərəfdən də, bizim ortaya qoyduğumuz reallığı anlamağa başlayıb. Gec-tez Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək mühakimə olunacağını da bilir. Gələcəkdə özünə qarşı olan mövqeyin yumşalması üçün hər ehtimala qarşı müəyyən cəhdlər edir.

Bu cəhdlər bizim dövlətimiz üçün həssas məsələlər olan hər iki Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızla, basdırılmış minaların xəritələri ilə və s. ilə bağlı ola bilər.

 

Bəs Azərbaycan tərəfi, cinayətkar və terrorçu hesab etdiyi, hazırda heç bir ordusunun olmadığı və ümumiyyətlə heç bir əhəmiyyəti olmayan bu cani ilə niyə görüşsün? Ona görə ki, Azərbaycan dövləti üçün bir əsir və ya itkin düşmüş insanı yüzlərlə düşmənə bərabərdir.


Azərbaycan dövləti və onun başçısı hər şeyini pula satmağa hazır olan erməni tərəfinə Milli Qəhrəman Mübariz İbrahimovun nəşini almaq üçün çox şeyi qurban verməyə hazır idi. Elə oxşar səbəblərlə bağlı idi ki, müzəffər Ordumuz düşməni son əskərinə qədər məhv etmək imkanı varkən müharibənin 44-cü günü dayandı və mənfur düşmənin kapitulyasiyasını qəbul etdi! Qəbul etdi ki, Ağdam, Kəlbəcər və Laçında heç bir can itkimiz olmasın! 

Eyni zamanda da, Azərbaycan üçün bu məsələdə fərdləri deyil, düşmənin qurduğu sistemi yox etmək önəmlidir. Ümumi baxanda, bizim üçün otuz ilə yaxın dövr ərzində Ermənistan idarə edənlərin, qondarma rejim başçılarının və onların ətrafındakıların hamısı cinayətkardır.

Bir terrorçu Araik zərərsizləşsə yerinə dərhal digəri gətiriləcək. Ona görə də, onunla birgə bütün sistemi məhv etmək lazımdır. Bunu məkrli terrorçubaşı Araik də yaxşı bildiyindən bu faktdan istifadə etməyə çalışır. 

Qondarma və cinayətkar rejimin başçısı onu da bilir ki, öz çəkisindən də artıq məlumatlara sahib olduğu üçün erməni tərəfi üçün də artıq ciddi təhlükə daşıyır. Hazırda Ermənistan hakimiyyəti uğrunda mübarizə aparan Paşinyan tərəfdarları ilə Qarabağ klanı istənilən an xuntabaşıyla bağlı maraqlarını uzlaşdıra və onu qurban verə bilərlər.

Onu da hərəkətə gətirən bu amillərdir! Ancaq biz də bilirik ki, hətta bu cür görüş baş tutsa belə, dövlətimizin maraqlarına xidmət etmək məqsədi daşıyacaq. 

Həm də əminik ki, biz işğala son qoyduğumuz kimi, çox qısa zamanda xalqımıza və dövlətimizə qarşı misilsiz cinayətlər törətmiş bu cür canilərin layiqli cəzalarına çatmalarına da nail olacağıq", - deyə Xəyal Bəşirov cavabını bitirdi.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabrın sonunadək bu 5 bürcü xoş dəyişikliklər gözləyir

Oktyabrın sonunadək bu 5 bürcü xoş dəyişikliklər gözləyir

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

Qaz, işıq və sudan qanunsuz istifadə edənləri nə qədər cərimə gözləyir? – MƏBLƏĞ

Qaz, işıq və sudan qanunsuz istifadə edənləri nə qədər cərimə gözləyir? – MƏBLƏĞ

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Konfrans Liqasında II turun oyunları keçiriləcək

Konfrans Liqasında II turun oyunları keçiriləcək

Telefonları folqaya bükməyə başladılar

Telefonları folqaya bükməyə başladılar

Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Xırdalanda küçədən oğurladığı avtomobili evə apardı, nömrəsini dəyişdi

Xırdalanda küçədən oğurladığı avtomobili evə apardı, nömrəsini dəyişdi

TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ – Növbə hansı qurumlarındır?

TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ – Növbə hansı qurumlarındır?

Tünzalə Ağayevadan özünə “100 dəfə 1000 dəfə” möhtəşəm hədiyyə – VİDEO

Tünzalə Ağayevadan özünə “100 dəfə 1000 dəfə” möhtəşəm hədiyyə – VİDEO

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Çempionlar Liqası: III tura yekun vuruldu – VİDEO

Çempionlar Liqası: III tura yekun vuruldu – VİDEO

Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

Vətən müharibəsi XRONİKASI – 22 oktyabr

Vətən müharibəsi XRONİKASI – 22 oktyabr

Premyer Liqa klubuna canlı maskotla bağlı XƏBƏRDARLIQ

Premyer Liqa klubuna canlı maskotla bağlı XƏBƏRDARLIQ

Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı MÜHÜM QƏRAR

Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı MÜHÜM QƏRAR

Oliqarx kimi pul soracaqsınız: zəngin olacaq BÜRCLƏR

Oliqarx kimi pul soracaqsınız: zəngin olacaq BÜRCLƏR

Klub azarkeşlərin boykotunu DƏSTƏKLƏDİ

Klub azarkeşlərin boykotunu DƏSTƏKLƏDİ

“Avropa kosmik yarışda ABŞ-dan geri qalır” – KİV

“Avropa kosmik yarışda ABŞ-dan geri qalır” – KİV

Aşpazları da süni intellekt ƏVƏZLƏYƏCƏK: Orduda yemək hazırlayan robot sınaqdan keçirilir – VİDEO

Aşpazları da süni intellekt ƏVƏZLƏYƏCƏK: Orduda yemək hazırlayan robot sınaqdan keçirilir – VİDEO

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən sürücü SAXLANILDI

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən sürücü SAXLANILDI

Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü

Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü

End of content

No more pages to load

RADİO