Xırdalanda küçədən oğurladığı avtomobili evə apardı, nömrəsini dəyişdi

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Yunis İmanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İş üzrə maddi sübut qismində tanınmış “VAZ-2107” markalı avtomobilin zərərçəkmişə qaytarılması nəzərə alınıb.

İş materiallarına görə, hadisə 2026-cı ildə, saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Səmayə” şadlıq sarayının yaxınlığında baş verib.

Belə ki, Yunis İmanov zərərçəkmiş İlqar Budaqova (adı, soyadı şərtidir) məxsus, 2004-cü il buraxılışlı, 3 500 manat dəyərində olan “VAZ-2107” markalı avtomobilin qapılarının açıq olmasından istifadə edib. Təqsirləndirilən şəxs avtomobili əli ilə itələyərək Abşeron rayonu, H.Z. Tağıyev küçəsində kirayədə yaşadığı evin həyətinə aparıb. O, törətdiyi əməli gizlətmək məqsədilə maşının üzərindəki dövlət qeydiyyat nişanını dəyişdirərək başqa qeydiyyat nişanı quraşdırıb.

Beləliklə, Yunis İmanov özgənin əmlakını gizli talayaraq oğurluq edib.

Məhkəmə iclasında ifadə verən Yunis İmanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O deyib ki, hadisə günü gecə saatlarında “Səmayə” şadlıq sarayının yaxınlığından piyada keçərkən yolun sağ tərəfində dayanmış “VAZ-2107” markalı avtomobili görüb. Ətrafa baxdıqda yaxınlıqda heç kimin olmadığını görüb avtomobili oğurlamaq qərarına gəlib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, məqsədi avtomobili sürmək olub. Avtomobilin mühərrikini işə salmaq üçün salonundakı naqilləri birləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Bundan sonra sürətlər qutusunu neytral vəziyyətə gətirərək maşını əli ilə itələməyə başlayıb.

Yunis İmanov yolda avtomobili itələməyə kömək etmələri üçün iki gəncə müraciət etdiyini, onların müəyyən məsafəyədək ona kömək göstərdiklərini, daha sonra isə maşını təkbaşına itələyərək kirayədə yaşadığı evin həyətinə apardığını bildirib.

İfadəsində təqsirləndirilən şəxs avtomobili həyətə gətirdikdən sonra üzərindəki dövlət qeydiyyat nişanlarını çıxardığını və təxminən bir ay əvvəl küçədən tapdığı başqa qeydiyyat nişanını avtomobilə bağladığını deyib.

O, bir neçə gün ərzində avtomobilin mühərrikini işə salmağa çalışsa da, bunu bacarmayıb. Daha sonra polis əməkdaşları yaşadığı evin həyətinə gələrək avtomobili aşkar ediblər. Yunis İmanov avtomobili polis əməkdaşlarına təhvil verdiyini bildirib.

Təqsirləndirilən şəxs avtomobili hissələrə ayıraraq satmaq niyyətinin olmadığını, hadisəni tək törətdiyini və avtomobili oğurlaması barədə heç kimə məlumat vermədiyini qeyd edib. Yunis İmanov törətdiyi əmələ görə peşman olduğunu da ifadə edib.

Məhkəmə iclasının sonunda Yunis İmanov zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini və onunla barışdığını söyləyib. O, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət edildi – MÜKAFAT ALACAQ - FOTO

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət edildi – MÜKAFAT ALACAQ - FOTO

Qadının “Rolex” qol saatını oğurlayaraq satdı - Puluna “iPhone” aldı

Qadının “Rolex” qol saatını oğurlayaraq satdı - Puluna “iPhone” aldı

Avro, rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro, rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Nurəddin Mehdixanlı atası ilə bağlı bir SİRRİ AÇDI

Nurəddin Mehdixanlı atası ilə bağlı bir SİRRİ AÇDI

Bankların kredit vermə qaydası dəyişir - Qanun nə deyir?

Bankların kredit vermə qaydası dəyişir - Qanun nə deyir?

Oktyabrın sonunadək bu 5 bürcü xoş dəyişikliklər gözləyir

Oktyabrın sonunadək bu 5 bürcü xoş dəyişikliklər gözləyir

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

Qaz, işıq və sudan qanunsuz istifadə edənləri nə qədər cərimə gözləyir? – MƏBLƏĞ

Qaz, işıq və sudan qanunsuz istifadə edənləri nə qədər cərimə gözləyir? – MƏBLƏĞ

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Konfrans Liqasında II turun oyunları keçiriləcək

Konfrans Liqasında II turun oyunları keçiriləcək

Telefonları folqaya bükməyə başladılar

Telefonları folqaya bükməyə başladılar

Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Xırdalanda küçədən oğurladığı avtomobili evə apardı, nömrəsini dəyişdi

Xırdalanda küçədən oğurladığı avtomobili evə apardı, nömrəsini dəyişdi

TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ – Növbə hansı qurumlarındır?

TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ – Növbə hansı qurumlarındır?

Tünzalə Ağayevadan özünə “100 dəfə 1000 dəfə” möhtəşəm hədiyyə – VİDEO

Tünzalə Ağayevadan özünə “100 dəfə 1000 dəfə” möhtəşəm hədiyyə – VİDEO

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Çempionlar Liqası: III tura yekun vuruldu – VİDEO

Çempionlar Liqası: III tura yekun vuruldu – VİDEO

Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

Vətən müharibəsi XRONİKASI – 22 oktyabr

Vətən müharibəsi XRONİKASI – 22 oktyabr

Premyer Liqa klubuna canlı maskotla bağlı XƏBƏRDARLIQ

Premyer Liqa klubuna canlı maskotla bağlı XƏBƏRDARLIQ

Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı MÜHÜM QƏRAR

Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı MÜHÜM QƏRAR

End of content

No more pages to load

RADİO