Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin kredit və nisyə ödənişləri ilə bağlı problemlər yaşaması zaman-zaman müzakirə obyekti olur. Bildirilir ki, xüsusilə, hərbi xidmətə yollanan şəxsin əvvəlcədən götürdüyü kredit və ya məhsula görə borcu qaldıqda, ödənişlərin davam etdirilməsi ailələr üçün çətinlik yarada bilər.

Hərbi xidmətə çağırılan şəxslərin kredit və digər borc öhdəlikləri ilə bağlı qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulub? Onlar xidmətdən qayıdana qədər ödənişlərin təxirə salınması mümkündürmü və bu məsələdə vətəndaşlar hansı hüquqi imkanlardan istifadə edə bilərlər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan hüquqşünas Ellada Bayramovanın sözlərinə görə, belə hallarda əsas məsələ ödənişlərin təxirə salınması və borc öhdəliklərinin icrası ilə bağlı mövcud hüquqi imkanlardır:

“Konstitusiyanın 76-cı maddəsinə əsasən, Vətənin müdafiəsi hər bir vətəndaşın borcudur. Lakin hərbi xidmətə çağırılma şəxsin əvvəlcədən yaranmış kredit və digər mülki-hüquqi öhdəliklərini avtomatik olaraq aradan qaldırmır. Mülki Məcəlləyə əsasən, borcalan müqavilədə müəyyən edilmiş müddətlərdə borcunu qaytarmalı və nəzərdə tutulan ödənişləri həyata keçirməlidir.

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin bütün kredit ödənişlərinin xidmət başa çatanadək avtomatik dayandırılmasını nəzərdə tutan ümumi hüquqi qaydanın mövcudluğu təsdiqlənmir. 

Amma hərbi xidmətə çağırılan şəxslər kredit ödənişlərinin təxirə salınması, şərtlərinin dəyişdirilməsi üçün banka və ya digər kreditora müraciət edə bilərlər. Onlar əsas borcun ödənişinə möhlət verilməsini, kredit müddətinin uzadılmasını, aylıq ödənişlərin azaldılmasını və ya borcun restrukturizasiyasını xahiş etməlidirlər. Bu güzəştlər, bir qayda olaraq, kreditorun razılığı və tərəflər arasında müvafiq razılaşma əsasında tətbiq olunur. Müraciətə hərbi xidmətə çağırılmanı təsdiq edən sənədin və şəxsin maliyyə vəziyyətini əsaslandıran digər materialların əlavə edilməsi məqsədəuyğundur”.

Hüquqşünas bildirib ki, diqqət yetirilməli məsələlərdən biri də faizlərin və gecikmə ilə bağlı ödənişlərin hesablanmasıdır:

“Əsas borcun ödənişinə möhlət verilməsi faizlərin də avtomatik dayandırılması demək deyil. Buna görə də bankla razılaşma əldə edilərkən möhlətin hansı ödənişlərə şamil olunduğu, faizlərin hesablanmasının davam edib-etmədiyi və yeni ödəniş qrafikinin şərtləri yazılı şəkildə müəyyən edilməlidir. Hərbi xidmətdə olmaq özlüyündə bütün faiz və cərimələrin qanunsuz hesablanması üçün əsas sayılmır. Tələb olunan məbləğlərin qanuniliyi müqavilə və qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməlidir.

Kredit ödənişlərinin gecikdirilməsi borcalanın kredit tarixçəsinə mənfi təsir göstərə və müqavilə ilə qanunvericilikdə nəzərdə tutulan digər nəticələrə səbəb ola bilər. Kreditor qanuni əsaslar olduqda borcun tutulması üçün məhkəməyə müraciət edə bilər. Bütün borc növlərinə eyni hüquqi rejim tətbiq olunmur. 

Bank kreditləri, ipoteka öhdəlikləri, fiziki şəxslərdən alınmış borclar, istehlak kreditləri və digər müqavilə öhdəlikləri müvafiq müqavilələrin, qanunvericiliyin tələbləri nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir. Borcalanın ailə üzvləri də yalnız qohumluq münasibətinə görə onun kredit borcuna görə avtomatik məsuliyyət daşımırlar. Belə məsuliyyət zaminlik, birgə borcalanlıq və ya digər qanuni əsaslar olduqda yaranır”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvaya vilayətinə PUA hücumu: Silah zavodu vuruldu - FOTO/VİDEO

Moskvaya vilayətinə PUA hücumu: Silah zavodu vuruldu - FOTO/VİDEO

Havanın isti keçməsinin səbəbi AÇIQLANDI

Havanın isti keçməsinin səbəbi AÇIQLANDI

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət edildi – MÜKAFAT ALACAQ - FOTO

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət edildi – MÜKAFAT ALACAQ - FOTO

Qadının “Rolex” qol saatını oğurlayaraq satdı - Puluna “iPhone” aldı

Qadının “Rolex” qol saatını oğurlayaraq satdı - Puluna “iPhone” aldı

Avro, rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro, rus rublu bahalaşdı – YENİ MƏZƏNNƏ

Nurəddin Mehdixanlı atası ilə bağlı bir SİRRİ AÇDI

Nurəddin Mehdixanlı atası ilə bağlı bir SİRRİ AÇDI

Bankların kredit vermə qaydası dəyişir - Qanun nə deyir?

Bankların kredit vermə qaydası dəyişir - Qanun nə deyir?

Oktyabrın sonunadək bu 5 bürcü xoş dəyişikliklər gözləyir

Oktyabrın sonunadək bu 5 bürcü xoş dəyişikliklər gözləyir

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

Qaz, işıq və sudan qanunsuz istifadə edənləri nə qədər cərimə gözləyir? – MƏBLƏĞ

Qaz, işıq və sudan qanunsuz istifadə edənləri nə qədər cərimə gözləyir? – MƏBLƏĞ

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Konfrans Liqasında II turun oyunları keçiriləcək

Konfrans Liqasında II turun oyunları keçiriləcək

Telefonları folqaya bükməyə başladılar

Telefonları folqaya bükməyə başladılar

Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Xırdalanda küçədən oğurladığı avtomobili evə apardı, nömrəsini dəyişdi

Xırdalanda küçədən oğurladığı avtomobili evə apardı, nömrəsini dəyişdi

TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ – Növbə hansı qurumlarındır?

TƏBİB Səhiyyə Nazirliyinə BİRLƏŞDİRİLDİ – Növbə hansı qurumlarındır?

Tünzalə Ağayevadan özünə “100 dəfə 1000 dəfə” möhtəşəm hədiyyə – VİDEO

Tünzalə Ağayevadan özünə “100 dəfə 1000 dəfə” möhtəşəm hədiyyə – VİDEO

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Çempionlar Liqası: III tura yekun vuruldu – VİDEO

Çempionlar Liqası: III tura yekun vuruldu – VİDEO

Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

Vətən müharibəsi XRONİKASI – 22 oktyabr

Vətən müharibəsi XRONİKASI – 22 oktyabr

End of content

No more pages to load

RADİO