İsveçin yeni seçilən Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzv olmasına dair Türkiyə ilə əldə edilən razılaşmaya sadiq qaldıqlarını bildirib.
Bizim.Media xəbər verir ki, İsveçin Baş naziri bu barədə “Anadolu” agentliyinə müsahibəsində məlumat verib.
O, razılaşmaya sadiq qalaraq müqavilənin tələblərini yerinə yetirmək üçün bütün güclərini səfərbər edəcəklərini söyləyib:
“NATO-ya üzvlük İsveç və Finlandiya üçün çox önəmlidir. Türkiyə ilə NATO-ya üzvlüyə dair razılaşmaya sadiqik. Biz Türkiyə, İsveç və Finlandiya arasındakı razılaşmanın tələblərini yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”.
Baş nazir Türkiyə rəsmiləri ilə məsələni müzakirə edəcəklərini dialoq çərçivəsində problemlərin həllinə nail olacaqlarını da vurğulayıb:
“Arzumuz İsveç və Finlandiyanın NATO üzvlüyünə tərəfdaş kimi qəbul olunmasıdır”.
Bizim.Media