İtaliya hakimiyyəti Avropa Komissiyasına İspaniya ilə sərhəddə 30 gün müddətinə müvəqqəti sərhəd nəzarətinin tətbiq edilməsi barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"İtaliya hökuməti Şengen qaydalarına uyğun olaraq, İspaniya ilə sərhəd nəzarətinin 30 günədək müddətə müvəqqəti olaraq bərpa edilməsi barədə Avropa Komissiyasını məlumatlandırıb", — deyə agentliyin həmsöhbəti qeyd edib.
Vurğulanıb ki, söhbət dəniz və hava nəqliyyatı ilə İtaliyaya gələn sərnişinlərin yoxlanılmasından gedir, çünki İtaliyanın İspaniya ilə quru sərhədi yoxdur.
İtaliya bu addımı Afrikanın şimalında yerləşən İspaniyanın Seuta şəhərinin sərhədini keçməyə cəhd edən Mərakeşdən olan on minlərlə miqrantın axını səbəbindən atıb.
Bizim.Media