Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə Ukrayna taxılına dair sazişin icra prosesini müzakirə edib.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, tərəflər paytaxt Moskvada görüşüb.
“Tərəflər bir-biri ilə əlaqəli Ukrayna limanlarından taxıl çıxarılması layihəsini və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına dair sazişlərin həyata keçirilməsini müzakirə ediblər”, - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, taxıl müqaviləsinin uzadılması mövcud razılaşmaların tam şəkildə həyata keçirilməsindən asılıdır.
Bizim.Media