Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə VI sammitdə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.
Mənbə yazır ki, dövlət başçısını Ankaranın Esenboğa hava limanında Ankara valisi Vasip Şahin və başqa rəsmi şəxslər yola salıb.
Ərdoğanın Astanada Vladimir Putinlə və digər ölkələrin liderləri ilə görüşəcəyi planlaşdırılıb.
Bizim.Media