Almaniya dörd ən yeni "IRIS-T" hava hücumundan müdafiə sistemlərindən birincisini Ukraynaya göndərir.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər “Telegram” kanallarında yayılıb.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz açıqlamasında demişdi ki, hər birinin təxmini dəyəri 140 milyon avro olan radarla idarə olunan batareyalar “Ukraynaya bütün bir şəhəri Rusiyanın hava hücumlarından qorumağa imkan verəcək”.
Bizim.Media