Qırğızıstan KTMT sülhməramlı qüvvələrinin oktyabrın 10-14-də keçirilməsi nəzərdə tutulan “Sarsılmaz qardaşlıq-2022” komanda-qərargah təlimlərini ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu qərarın səbəbləri açıqlanmır.
Xatırladaq ki, 15 may 1992-ci il tarixində əsası qoyulan və mərkəzi Moskvada yerləşən hökumətlərarası hərbi ittifaqa (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan daxildir.
Bizim.Media
