Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə yeni oyunçu cəlb edib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi xorvatiyalı qapıçı Mario Mustapic ilə müqavilə bağlayıb.
22 yaşlı qapıçı ilə mövsümün sonunadək anlaşma imzalanıb. Onun son komandası Xorvatiyanın "Rudes" klubu olub.
Bizim.Media